Yardımlıda zəlzələ baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yardımlıda zəlzələ baş verib

1news Redaksiyası09:33 - 12 / 01 / 2016
Yardımlıda zəlzələ baş verib

Bu gün səhər saatlarında Yardımlıda zəlzələ baş verib.

1news.az  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən  xəbər verir ki, yerli vaxtla 06:38:39-da Yardımlıdan 20 km şimalda Iran ərazisində  zəlzələ qeydə alınıb.

Zəlzələ Azərbaycan ərazisində, episentirə  yaxın yaşayış məntəqələrində 3.0 bala qədər hiss olunub.

Paylaş:
1092

Son xəbərlər

Bütün xəbərlər