Nazirlik: Gül satan dəstə üzvlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür - YENİLƏNMƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: Gül satan dəstə üzvlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür - YENİLƏNMƏ

12:09 - 12 / 01 / 2016
Nazirlik: Gül satan dəstə üzvlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür - YENİLƏNMƏ

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə gül gətirmək adı ilə mənzillərin qapısını döyən şəxslərdən birinin yeni videogörüntüsü yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, hazırda gül gətirmək adı ilə mənzillərə daxil olmaq istəyən dəstə üzvlərinin şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

“Həmin görüntülərdə qapıları döyənlərin guya qorxuya düşərək qaçmaları və əllərindəki sellofan torbada guya qadınları öldürmək məqsədilə hansısa küt alət gəzdirmələri barədə heç bir kadr yoxdur. Eyni zamanda həmin şəxslərin hansısa evə girərərək dayəni vurub oğurluq etməsi barədə polisə heç bir məlumat daxil olmayıb. Hazırda araşdırma aparılır”- deyə, nazirlikdən bildiriblər.

1news.az

11:59

Sosial şəbəkələrdə gül gətirmək adı ilə mənzillərdən oğurluq edən dəstə üzvlərindən birinin yeni video görüntüsü yayılıb.

1news.az-ın məlumatına görə, kadrlarda əlində gül olan gənc bir oğlanın siması aydın görünür. Mənzillərdən birinin qapısına yaxınlaşan həmin gənc qapının üzərində quraşdırılmış videokameranı görən kimi dərhal liftə minərək oradan uzaqlaşıb.

Qeyd edək ki, son bir neçə gündür ki, sosial şəbəkələrdə Bakıda yeni üsulla evlərə daxil olmağa çalışan oğrular haqqında məlumatlar yer alır. Belə ki, əllərində gül olan bir qrup gənc oğurluq məqsədilə evlərə soxulmağa çalışırlar.

Daxili İşlər Nazirliyi də vətəndaşlara müraciət edərək onları ehtiyatlı olmağa çağırıb.

1news.az

Paylaş:
1476

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər