Azərbaycandan İrana keçmək istəyən Banqladeş vətəndaşları saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycandan İrana keçmək istəyən Banqladeş vətəndaşları saxlanılıb

12:03 - 12 / 01 / 2016
Azərbaycandan İrana keçmək istəyən Banqladeş vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları qanunsuz yolla sərhəddi keçmək istəyən şəxsləri saxlayıblar.

1news.az-ın DSX-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanvarın 10-da Füzuli rayon Əhmədalılar kənd ərazisindəki zastavanın xidməti sahəsində Azərbaycandan İrana keçməyə cəhd göstərərkən 3 nəfər Banqladeş vətəndaşı Kansar Mohammad, Motabbar Mahin və Sarkan Anasdır saxlanılıb­lar.

Saxlanılmış şəxslərin dövlət sərhədini pozmaqla İrana, oradan isə qaçaq yolla Türkiyəyə keçmək niyyətində olmaları müəyyən edilib.

Fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
1087

Son xəbərlər

Bütün xəbərlər