Keçən ay nəqliyyat sektorunda yükdaşıma qiymətləri bahalaşıb
2015-ci ilin dekabr ayında boru kəməri nəqliyyatı ilə neftin nəql olunması qiyməti 13,5 faiz, qazın nəql olunması qiyməti isə 15,9 faiz bahalaşıb.
1news.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hava nəqliyyatı üzrə yükdaşıma qiymətləri 17,0 faiz, dəmir yolu və dəniz nəqliyyatı üzrə isə yükdaşıma qiymətləri müvafiq olaraq 15,6 faiz və 18,1 faiz bahalaşıb, avtomobil nəqliyyatı üzrə yükdaşıma qiymətlərində 1,1 faiz ucuzlaşma müşahidə olunub.
Ümumilikdə nəqliyyat sektorunda yükdaşıma qiymətləri əvvəlki ayla müqayisədə 12,4 faiz bahalaşıb.
1news.az
792