Dövlət Neft Fondu 32 banka 200 milyon dollar satıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Neft Fondu 32 banka 200 milyon dollar satıb

21:04 - 13 / 01 / 2016
Dövlət Neft Fondu 32 banka  200 milyon dollar satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını bərpa edib.

1news.az-ın məlumatına görə, ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu gün yeni mexanizm ilə - Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə ilk hərrac təşkil edilib. Bununla da ölkədəki bütün banklar hərracda iştirak etmək imkanı əldə edib. 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 32 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Paylaş:
960

Son xəbərlər

Bütün xəbərlər