"Hahn Air" aviaşirkətinin Azərbaycanda nümayəndəliyi açılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

"Hahn Air" aviaşirkətinin Azərbaycanda nümayəndəliyi açılacaq

11:03 - 13 / 01 / 2016
"Hahn Air" aviaşirkətinin Azərbaycanda nümayəndəliyi  açılacaq

Almaniyanın "Hahn Air Lines GmbH" şirkətinin Azərbaycandakı nümayəndəliyi qeydiyyatdan keçib.

1news.az-ın verdiyi məlumata görə, Vergilər Nazirliyindən "Report"a bildirilib ki, qanuni təmsilçisi Emil Vrgocun olduğu  (Almaniya) şirkətin hüquqi ünvanı- Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 78, mənzil 63 qeyd olunub.

Bildirək ki, şirkət dövlət qeydiyyatına 2015-ci il dekabrın 14-də alınıb.

Qeyd edək ki, "Hahn Air"in səhmlərin 100%-i müxtəlif ölkələrdə ofislərə məxsus olan "Saspo Holding GmbH."-yə məxsusdur. "Hahn Air" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.

1news.az

 

Paylaş:
656

Son xəbərlər

Bütün xəbərlər