Məbləğindən asılı olmayaraq banklardakı bütün əmanətlər sığortalanacaq
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) bank əmanətlərinin sığortalanmasında tətbiq olunan limitin aradan qaldırılması üçün Mərkəzi Banka müraciət göndərib.
1news.az-a ADIF-dən verilən məlumata görə, fond Azərbaycandakı bütün bank əmanətlərini məbləğindən və faiz dərəcəsindən asılı olmayaraq sığortalamağı təklif edir.
Fondun təklifi Bank tərəfindən pozitiv qarşılanıb və müvafiq strukturların müzakirəsinə təqdim olunub. Yaxdın müddətdə hökumətin bu məsələ ilə bağlı qərar qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, hazırda Azərbaycanda 30 min manata qədər illik 12 faiz dərəcəsindəki bank əmanətləri sığortalanır.
Xatırladaq ki, ADIF 13 avqust 2007-ci ildə yaradılıb. Hazırda ölkənin 42 bankı ADIF-in üzvüdür. Fondun üzvü olan bankların adını keçiddə oxuya bilərsiniz.
Qeyd edək ki, sığorta haqqının əmanətçilər deyil, banklar tərəfindənödənilir.
1news.az