Mətbuat Şurasında internet informasiya resursu təmsilçisi ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mətbuat Şurasında internet informasiya resursu təmsilçisi ilə görüş keçirilib

19:02 - 14 / 01 / 2016
Mətbuat Şurasında internet informasiya resursu təmsilçisi ilə görüş keçirilib

Bu gün Mətbuat Şurasında bir qrup internet informasiya resursu təmsilçisi ilə görüş keçirilib.

Şuranın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, “Azpolitika.info”, “Arqument.az”, “Mia.az”, “Reaksiya.az” və başqa saytların nümayəndələrinin qatıldıqları görüş zamanı həmin media orqanlarının, habelə digər informasiya resurslarının son zamanlar yaydıqları materiallar müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, Mətbuat Şurasının apardığı monitorinq zamanı sözügedən materiallarda müxtəlif bölgələrdə ayrı-ayrı şəxslər tərəfindən düzənlənmiş aksiyaların xalq etirazları kimi göstərildiyi müəyyənləşdirilib. Belə ki həmin materiallar dəqiqləşdirilmədən təqdim edilib, əsasən “Facebook” sosial şəbəkəsindəki saxta profillərdə paylaşılanlar mənbə olaraq seçilib. Materiallarda həmçinin ayrı-ayrı vəzifəli şəxslər cinayət əməllərində ittiham olunub, yeni aksiyaların vaxtı anons edilib, bir çox hallarda təhrikedici mövqe ortaya qoyulub.

Bu kimi məsələlər barədə görüş iştirakçıları ətraflı məlumatdırılıb. Bildirilib ki, hər bir kütləvi informasiya vasitəsi ictimai əhəmiyyət daşıyan məsələlər barədə məlumat yayımlamaqda sərbəstdir. Bu hüquq Azərbaycan qanunvericiliyi ilə təsbit edilib, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nda da əksini tapıb. Heç bir halda KİV-lərin azad fəaliyyəti məhdudlaşdırıla bilməz.

Bununla belə media cəmiyyət üçün mühüm əhəmiyyət daşıyan məsələlərə yanaşmada həssas olmalı, hadisə və proseslərə münasibətdə obyektivliyi gözləməlidir. Xalq və dövlət üçün müstəsna əhəmiyyət daşıyan məqamlarda reytinq, oxucu kütləsi cəlb etmək naminə sui-istifadələr yolverilməzdir.

Görüş zamanı MŞ-nin mövcud istiqamətdə tövsiyələri sözügedən internet sayt təmsilçilərinin diqqətinə çatdırılıb, həmçinin bu mövzuda müzakirələr aparılaraq qarşılıqlı maraq doğuran məqamlara aydınlıq gətirilib.

1news.az

 

Paylaş:
587

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər