Britaniyalı aktyor Alan Rikman 69 yaşında vəfat edib | 1news.az | Xəbərlər
Mədəniyyət

Britaniyalı aktyor Alan Rikman 69 yaşında vəfat edib

19:57 - 14 / 01 / 2016
Britaniyalı aktyor Alan Rikman 69 yaşında vəfat edib

Britaniyalı aktyor Alan Rikman bu gün Londonda 69 yaşında vəfat edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, aktyorun ölüm xəbərini onun qohumları da təsdiqləyib. Onun son illər xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, A.Rikman bir neçə nəsil tamaşaçının sevimli aktyoru olub. Gənc nəsil onu “Harri Potter” filmindəki professor Severus Sneqq rolu ilə xatırlayır.

Xatırladaq ki, Alan Rikman 1988-ci ildə “Çətin hədəf” filminin ekranlara çıxması ilə məşhurlaşıb. O, həmçinin “Robin Qud: Oğruların şahzadəsi”, “Şüur və hisslər”, “Rasputin”, “Qar piroqu”, “Parfümer. Bir qatilin hekayəti” və bir çox başqa məşhur filmlərdə rol alıb.

Aktyor Venesiya kino festivalında iki mükafat qazanan “Qış qonağı” filmini çəkərək özünü rejissor kimi də sınayıb. Rikman, eyni zamanda, “Qızıl qlobus”, “Emmi”, BAFTA mükafatlarının laureatı olub.

1news.az

 

Paylaş:
1443

Son xəbərlər

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edib17 / 10 / 2024, 18:50Musiqi məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçid balı aşağı salınıb17 / 10 / 2024, 17:43Oktyabrın 19-u COP29 tədbirinə hazırlıq məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində hərəkətə məhdudiyyətlər tətbiq olunacaq17 / 10 / 2024, 17:36Fasilələrlə yağış yağacaq - XƏBƏRDARLIQ17 / 10 / 2024, 17:27Sabah hava necə olacaq? - PROQNOZ17 / 10 / 2024, 14:39Yasamal rayonunun Mikayıl Müşfiq küçəsi təmir edilib17 / 10 / 2024, 14:18İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub - YENİLƏNİB17 / 10 / 2024, 13:46Əmtəə bazarlarında qızılın qiyməti 2 700 dollara yaxınlaşıb17 / 10 / 2024, 12:09Vüqar Qurbanov: “Bu gün təcili tibbi yardım xidmətinin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçiririk”17 / 10 / 2024, 11:41TƏBİB təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsinə və optimallaşdırılmasına dair brifinq keçirib17 / 10 / 2024, 11:27AMB günün valyuta məzənnələrini açıqladı17 / 10 / 2024, 11:23Oğuzda narkotik vasitə satışında şübhəli bilinən şəxs tutulub17 / 10 / 2024, 11:09Kamaləddin Qafarov: “17 oktyabr – Füzuli Şəhəri Günüdür”17 / 10 / 2024, 10:35Azərbaycan neftinin qiyməti 75 dolları ötüb17 / 10 / 2024, 10:15“UForex” hesabını “SİMA İmza” ilə aç!17 / 10 / 2024, 10:05ABB-dən kapital bazarlarını canlandıracaq daha bir addım!17 / 10 / 2024, 10:00Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA17 / 10 / 2024, 09:38Ermənistanın Gəncəni növbəti dəfə raket atəşinə tutmasından 4 il keçir17 / 10 / 2024, 09:35Bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür17 / 10 / 2024, 09:19Prezident Füzulinin işğaldan azad edilməsin dördüncü ildönümü ilə bağlı paylaşım edib17 / 10 / 2024, 09:06
Bütün xəbərlər