Mərkəzi Bank: Mübadilə şöbələri yalnız mehmanxana və hava limanlarında fəaliyyət göstərəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank: Mübadilə şöbələri yalnız mehmanxana və hava limanlarında fəaliyyət göstərəcək

10:50 - 14 / 01 / 2016
Mərkəzi Bank: Mübadilə şöbələri yalnız mehmanxana və hava limanlarında fəaliyyət göstərəcək

Banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində (o cümlədən mübadilə şöbələrində), eləcə də ödəniş terminallarında həyata keçirilir.

Bu haqda 1news.az-ın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından məlumat veriblər.

“Son zamanlar valyuta mübadilə əməliyyatlarının həcminin artması ilə əlaqədar kommersiya bankları tərəfindən əməliyyatların daha səmərəli və çevik tənzimlənməsi, əməliyyatlara nəzarət prosedurunun gücləndirilməsi məqsədilə, eləcə də xidmət şəbəkələrinin və əməliyyat xərclərinin optimallaşdırılması istiqamətində aparılan işlərin davamı olaraq valyuta mübadiləsi əməliyyatlarının mübadilə şöbələrində həyata keçirilməsi məhdudlaşdırılıb, mübadilə şöbələrinin fəaliyyətinə əsasən xitam verilib. 

Bununla belə qeyd olunub ki, Mərkəzi Bank tərəfindən valyutadəyişmə məntəqələrinin bağlanması ilə bağlı heç bir göstəriş verilməyib.

“Hər bir bank valyuta dəyişmə şöbəsi ilə bağlı qərarı qəbul etməkdə sərbəstdir”, - bu haqda 1news.az-a Mərkəzi Bankdan məlumat verilib. 

Mərkəzi Bankdan onu da əlavə etdilər ki, hazırda turizm xidməti göstərən obyektlərdə (xüsusilə mehmanxana və hava limanında) operativ valyuta mübadilə ehtiyaclarının qarşılanması məqsədilə bankların valyuta mübadilə şöbələrinin fəaliyyəti davam etdirilir.

Məlumat üçün bildiririk ki, hazırda əhalinin, o cümlədən sahibkarların bank xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə banklar kifayət qədər geniş xidmət infrastrukturuna malikdirlər. Bankların 914 filial və şöbəsi fəaliyyət göstərir ki, bunların da 458-i regionlarda yerləşir”- deyə, məlumatda qeyd edilib.

1news.az

Paylaş:
1154

Son xəbərlər

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35
Bütün xəbərlər