Ötən il daha çox korrupsiya faktları aşkar olunan sahələrin adları açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən il daha çox korrupsiya faktları aşkar olunan sahələrin adları açıqlanıb

12:21 - 15 / 01 / 2016
Ötən il daha çox korrupsiya faktları aşkar olunan sahələrin adları açıqlanıb

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2015-ci ildə daha çox rüşvət alınan və korrupsiya faktları aşkar olunan sahələrin adlarını açıqlayıb.

1news.az-ın məlumatına görə, bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, korrupsiya faktları əsasən bank və gömrük sahələrində aşkar olunub.

“Təhsil sahəsində 20 nəfərə qarşı – 6 cinayət işi, Səhiyyə Nazirliyində 6 nəfərə qarşı – 6 cinayət işi, sosial müdafiə sahəsində 10 nəfərə qarşı – 2 cinayət işi, icra hakimiyyəti orqanlarının 6 əməkdaşına qarşı – 5 cinayət işi açılıb. Özəl sektordan 22 nəfərə qarşı – 15 cinayət işi açılıb.

Bundan əlavə, tikinti sahəsinin 31 əməkdaşına qarşı – 18 cinayət işi, bank sahəsində 48 əməkdaşa qarşı – 29 cinayət işi, ticarət sahəsində isə 37 nəfər qarşı – 38 cinayət işi açılıb. “Azərsu”nun 6 əməkdaşına qarşı – 2 cinayət işi açılıb. Eyni zamanda sığorta sahəsində də 2 nəfərə qarşı – 2 cinayət işi açılıb”, - deyə o bildirib.

K.Əliyev sözlərinə əlavə edib ki, korrupsiyaya qarşı mübarizə tədbirləri bundan sonra da davam edəcək və günahkarlar tutduğu vəzifədən asılı olmayaraq cəzalandırılacaqlar.

1news.az

Paylaş:
552

Son xəbərlər

Bütün xəbərlər