Aydın Əliyev Azərbaycanda gömrük rüsumlarının artırılmasını istisna etmir - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Aydın Əliyev Azərbaycanda gömrük rüsumlarının artırılmasını istisna etmir - VİDEO

13:51 - 18 / 01 / 2016
Aydın Əliyev Azərbaycanda gömrük rüsumlarının artırılmasını istisna etmir - VİDEO

“Açıq bazardı, kim nə gətirirsə-gətirsin, hamı üçün eyni rəqabət yaradılıb”

1news.az  xəbər verir ki, bunu - Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ANS TV-də "Hesabat" proqramındakı müsahibəsində bildirib.

“Bizim dövlətimiz var. Onun sahibi də var, sahibkarı da. Bu sahibkar artıq öz sahibliyində tam sərbəstdir. Onun sərbəstliyinə mane olanlar yoxdur. Rəsmən bildirilir ki, inhisarçılıq erası bitdi”, - İndiyə qədər kütləvi informasiya vasitələrində, müxtəlif səviyyələrdə Azərbaycanın gömrük sistemini tənqid edən opponentləriniz daha çox inhisarçılıqda - inhisarçılıq sözü də elə Azərbaycan dilinə tərcümə edəndə hasarçılıqdır, yəni hasara almaqdır - günahlandırırdılar. Bu il yanvar ayının birindən bu opponentlərin arqumetlərinin birmənalı şəkildə aradan qalxacağını və inhisarçılığın tamamilə ləğv olunacağını demək olarmı?- deyə, A.Əliyev söyləyib.

– Açıq bazardı, kim nə gətirirsə-gətirsin, hamı üçün eyni rəqabət yaradılıb. Sahibkar davamlı olaraq daxili bazara gətirdiyi məhsulu və ya istehsal etdiyi məhsulu sata bilərsə və s. Artıq bu, o deməkdir ki, bu, azad ticarətdir. Bu şərait hamı üçün yaradılıb. Dəfələrlə sahibkarlara müraciət etmişəm ki, gətirin və gömrük orqanlarına müraciət edin, qanuni sənədlər əsasında bəyan edin. Dövlət büdcəsinə çatası vergi rüsumlarını ödəyin və daxili bazara mallarınızı çıxarın.

– On min dollarlıq icazə vardı və indi yoxdur, ləğv olunub. Bunun problemləri nə idi və biz onun niyə ləğv elədik?

– Bu sərəncam yalnız şəxsi tələbat malları üçün nəzərdə tutulurdu. Təəssüflər olsun ki, əhalinin böyük bir hissəsi bunu belə qəbul eləmədi və hətta qüvvəyə minməsindən əvvəl də sui-istifadə hallarına cəhdlər edilirdi. İkici bir məsələ - ölkədəki manatın devalvasiyası prosesindən sonra artıq bu valyutanın xaricə axınına səbəb ola bilərdi.

M.Ağayevin gömrük rüsumlarının dünya təcrübəsinə uyğun gəlməsi ilə bağlı sualına cavab verən A.Əliyev bildirib ki, ölkədə pilləli rüsum sistemi tətbiq olunur. Onun maksimal həddi 15 faiz təşkil edir ( aksizləri çıxmaq şərti ilə).

Bununla yanaşı gömrük rüsumuna 18 faiz həcmində ƏDV əlavə olunduqda ümumi məbləğ 35.7 faiz təşkil edir. Onun sözlərinə görə, bu vergi xaricdən gətirilən məhsullara tətbiq olunur.

“Beynəlxalq ekspertlərin rəyinə görə, bu, gömrük rüsumu üçün qəbul olunan həddir. Lakin mənim fikrimcə, biz onu yenidən nəzərdən keçirə bilərik.  Bu mənim subyektiv fikrimdir. Daxili istehsalı dəstəkləmək məqsədilə rüsumlar yenidən nəzərdən keçirilə bilər. Burada mən ölkədə istehsal olunan məhsulları ucuz rəqabətdən qoruya biləcəyimizi nəzərdə tuturam. Məsələn, bu kənd təsərrüfatı, yaxud yeyinti sənayesi məhsulları ola bilər. Biz valyutanın xaricə, xarici məhsul təchizatçılarına axınının qarşısını almalıyıq. Milli iqtisadiyyatın mühafizəsi məhz bu formada aparılmalıdır”,- A. Əliyev qeyd edib.

Gömrük sədri onu da söyləyib ki, DGK ASAN xidmət mərkəzləri ilə əlaqələrin genişlənməsini istəyir. Lakin onun sözünə görə, gömrük xidmətlərinin tam olaraq bu mərkəzlərə verilməsindən “söhbət gedə bilməz, çünki gömrük orqanları unikaldır”.

Müsahibəyə daha ətraflı aşağıdakı video materialda baxa bilərsiniz:

1news.az

Paylaş:
866

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər