Ərəb şeyxləri yenidən ov üçün Azərbaycana gəlib
Bakıya gələn Abu-Dabinin 12-13 zəngin şeyxi paytaxtımızın ən məşhur, eləcə də bahalı otellərindən birində qonaqlayandan sonra ov üçün İmişli rayonuna yollanıblar.
1news.az Baku.ws, saytına istinadən xəbər verir ki, Bakıda bahalı maşınlar icarəyə götürən ərəblər VİP turizm xidmətlərindən yararlanıb.
Ərəblər özləri ilə şəxsi aşbazlarını mühasiblərini və hətta sürürülərini də gətiriblər. 4 gün İmişlidə ov edən şeyxlər bu müddət ərzində kabab keyfi də ediblər.
Şəkillər peşəkar fotoqraf Orxan Məmmədova məxsusdur.
Qeyd edək ki, Abu-Dabi neft gəlirləri sayəsində müasir bir şəhər halına gəlib. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tərkibinə daxil olan yeddi əmirlikdən biridir. Abu-Dabi dünyadakı neft ehtiyatları baxımından ən şanslı ölkələr arasındadır. Abu-Dabi bir ada olmasına baxmayaraq, bu əmirliyi quruya 3 böyük körpü bağlayır. Digər körfəz ölkələrində olduğu burada da çöl iqlimi hakimdir.
1news.az