Rüfət Səfərovun həbsi ilə əlaqədar apellyasiya şikayəti verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Rüfət Səfərovun həbsi ilə əlaqədar apellyasiya şikayəti verilib

14:54 - 18 / 01 / 2016
Rüfət Səfərovun həbsi ilə əlaqədar apellyasiya şikayəti verilib

Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi, həbsdə olan Rüfət Səfərovla bağlı apellyasiya şikayəti verilib.

1news.az xəbər verir ki, bu barədə APA-ya məlumat verən R. Səfərovun vəkili Bəhruz Bayramovun  bildirdiyinə görə, onun barəsində olan həbs qətimkan tədbiri haqqında məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Yaxın günlərdə şikayətə baxılacağını deyən B. Bayramov  qeyd edib ki, bu gün müdafiə etdiyi şəxslə görüşəcək.

Xatırladaq ki, , yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Paylaş:
685

Son xəbərlər

Bütün xəbərlər