Təhsil Nazirliyi lisenziya verilmiş təhsil müəssisələrinin adlarını açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyi lisenziya verilmiş təhsil müəssisələrinin adlarını açıqlayıb

16:19 - 18 / 01 / 2016
Təhsil Nazirliyi lisenziya verilmiş təhsil müəssisələrinin adlarını açıqlayıb

Təhsil Nazirliyi 2015-ci ilin yanvar ayının 1-dən oktyabr ayının 20-dək xüsusi razılıq (lisenziya) verilmiş təhsil müəssisələrinin, o cümlədən, 16 məktəbəqədər müəssisənin adını açıqlayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bunlar “Pleyorena” məktəbəqədər tərbiyə müəssisəsi, “Yeni Nəsil” körpələr evi-uşaq bağşası MMC, “Yeni Nəfəs” uşaq bağçası, “Günəş” məktəbəqədər tərbiyə müəssisəsi, “Göy Qurşağı 2013 Uşaq bağçası” MMC, “Sehrli Aləm” körpələr evi-uşaq bağçası, “İnci Balalar” körpələr evi-uşaq bağçası MMC, “Nağıl-Lənkəran” körpələr evi-uşaq bağçası MMC, “İlk addım” uşaq bağçası, “Macik Haus” uşaq bağçası, “Körpə Ulduz” uşaq bağçası, “Sehirli Dayə” uşaq bağçası, Bakı İstedadlar Təhsil Kompleksi (bağça), “Oskar körpələr evi-uşaq bağçası, “Cücələrim” körpələr evi-uşaq bağçası və “Billur uşaq bağçası” MMC-dir.

Lisenziya müddəti uzadılmış ali təhsil müəssisələri Qafqaz Universiteti, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti və M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, lisenziya verilmiş ali təhsil müəssisəsi Dövlət Gömrük Komitəsinin Akademiyası, lisenziya verilmiş ümumi təhsil müəssisələri Bakı istedadlar Təhsil Kompleksi (məktəb), “Müasir İnnovasiyalar Liseyi”, “Xabad or-Avner Məktəbi” MMC, lisenziya verilmiş əlavə təhsil müəssisələri Təhsildə İnnovativ Texnologiyalar  Əlavə Təhsil Mərkəzi və Əmlak Məsələləri Dövlət Komitəsinin Təlim-Tədris Mərkəzi olub.

Qeyd olunub ki, Azərbaycan prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi haqqında” 19 oktyabr 2015-ci il tarixli 650 nömrəli Fərmanına əsasən xüsusi razılığın (lisenziyanın) verilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunub.

1news.az

 

Paylaş:
987

Son xəbərlər

31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50
Bütün xəbərlər