İstanbuldan Bakı və Gəncəyə olan uçuşlar əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

İstanbuldan Bakı və Gəncəyə olan uçuşlar əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınıb

16:52 - 18 / 01 / 2016
İstanbuldan Bakı və Gəncəyə olan uçuşlar əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınıb

Yanvarın 18 və 19-da İstanbulda davam edən qarlı hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları” (THY) Bakı-İstanbul-Bakı, Gəncə-İstanbul-Gəncə aviareyslərini təxirə salıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə “Türk Hava Yolları”nın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumata görə yanvarın 18-də İstanbul Atatürk Aeroportundan həyata keçirilməsi nəzərdə tutulan Bakı-İstanbul-Bakı və Gəncə-İstanbul-Gəncə aviareysləri və yanvarın 19-da İstanbul Atatürk hava limanından həyata keçiriləcək Bakı-İstanbul-Bakı aviareysi təxirə salınıb.

Xatırladaq ki, yanvarın 17-nə nəzərdə tutulan Bakı-İstanbul-Bakı aviareysi də həyata keçirilməyib.

1news.az

 

Paylaş:
661

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər