Berlində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Berlində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

16:57 - 18 / 01 / 2016
Berlində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Azərbaycanın Almaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, mərasimə Almaniya Xarici İşlər Nazirliyinin, müxtəlif siyasi, iqtisadi, elmi və mədəni dairələrin, diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələri və alman mətbuatının təmsilçiləri iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov tədbir iştirakçılarına faciənin baş verdiyi dönəmdə Sovet İttifaqı rəhbərliyinin Dağlıq Qarabağda erməni separatçılığı və azərbaycanlıların Ermənistandan qovulması hallarına göz yummasının Azərbaycan xalqının haqlı narazılığına səbəb olması, Bakıda bir milyondan artıq vətəndaşın suverenlik hüquqları tələb etdikləri etiraz aksiyaları və sovet rəhbərliyinin xalqın etiraz səsini boğmaq üçün əl atdığı 20 Yanvar cinayəti barədə məlumat verib.

Səfir bildirib ki, xalq bu hadisələrə etiraz aksiyalarını genişləndirməklə və öz şəhidlərinin izdihamlı dəfn mərasimini keçirməklə cavab verdi. O zamanlar Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar hadisələrinin ertəsi gün keçirdiyi mətbuat konfransında sovet rəhbərliyinə qətiyyətlə etiraz etdi. Pərviz Şahbazov müstəqil Azərbaycan Respublikasının şəhidlərimizin uğrunda həyatlarını qurban verdikləri azadlıq, suverenlik və demokratik dövlətçilik dəyərlərinin keşiyində dayandığını, milli maraqlara uyğun müstəqil siyasət yürütdüyünü vurğulayıb. Dağlıq Qarabağ münaqişəsindən danışan səfir torpaqlarımızın işğalına son qoyulmasının, qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıtmasının Azərbaycan dövlətinin onun müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşların ruhu qarşısında müqəddəs borcu olduğunu deyib. Bildirib ki, hər il 20 Yanvar hadisələrinin ildönümü Azərbaycan Respublikasının Prezidenti başda olmaqla xalqımız tərəfindən şəhidlərimizin əziz xatirəsinə ehtiramla qeyd edilir.

Tədbirdə çıxış edən Berlin Xəzər və Qafqaz Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Matias Dornfelt Azərbaycanın müstəqillik illərində yürütdüyü siyasəti və əldə etdiyi nailiyyətləri təhlil edib. O, dövlətimizin regionda və dünyada artan rolunu, müstəqil və balanslı xarici siyasətini, Avropanın enerji təchizatında oynadığı konstruktiv rolu vurğulayıb. Matias Dornfelt Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın sabitlik dövrünə qədəm qoyduğunu bildirib, müstəqillik illərində ölkəmizdə həyata keçirilmiş islahatları, demokratik dövlət quruculuğunu, iqtisadi və sosial layihələri yüksək qiymətləndirib.

Matias Dornfeld çıxışında Azərbaycanın multikulturalizm və dini tolerantlıq dəyərlərini xüsusi vurğulayıb. O deyib ki, Azərbaycan müxtəlif din və mədəniyyətlərin nümayəndələrinin tarixən dinc şəraitdə yaşadığı məkan olub və Azərbaycan hökumətinin siyasətində bu dəyərlərin təşviq edilməsi mühüm yer tutur.

Tədbirin rəsmi hissəsindən sonra hazırda Hannover Musiqi, Media və Teatr Akademiyasında təhsil alan gənc və istedadlı azərbaycanlı musiqiçi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Nərmin Nəcəflinin ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərlərindən ibarət anım konserti olub.

Həmçinin 20 Yanvar faciəsindən bəhs edən tarixi fotoşəkillərdən ibarət sərgi, eləcə də müxtəlif əyani vəsaitlər tədbir iştirakçılarına təqdim edilib.

1news.az

Paylaş:
628

Son xəbərlər

31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50
Bütün xəbərlər