SOCAR 500 milyon dollar həcmində avroistiqrazlar alır | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR 500 milyon dollar həcmində avroistiqrazlar alır

17:05 - 18 / 01 / 2016
SOCAR 500 milyon dollar həcmində avroistiqrazlar alır

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ildə ödəmə şərti ilə 500 milyon dollarlıq avroistiqraz (avrobond) alacaq.Bu haqda Reuters şirkətin yaydığı məlumatda deyilir.

5,45% gəliri olan bütün səhmdarlar alış üçün təkliflər irəli sürə bilər. ARDNŞ-ın məlumatında qeyd olunur ki, səhmlər nağd pulla həyata keçirilməlidir. Təklif yanvarın 26-na saat 17:00-a (London vaxtı ilə) kimi qüvvədədir.

Xatırladaq ki, söhbət SOCAR-ın 2012-ci ildə həyata keçridiyi ilk avrobondların alışından gedir.

İstiqrazların sonrakı yerləşdirmələr iki dəfə: 2013-cü ilin martında – 1 milyard dollar və 2015-ci ilin martında – 750 milyon dollar həcmində olub.

1news.az

Paylaş:
1132

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər