Vüqar Bayramov:"Qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının neftdən asılılığını tamamilə aradan qaldıracaq" | 1news.az | Xəbərlər
Köşə

Vüqar Bayramov:"Qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının neftdən asılılığını tamamilə aradan qaldıracaq"

19:31 - 18 / 01 / 2016
Vüqar Bayramov:"Qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının neftdən asılılığını tamamilə aradan qaldıracaq"

Bu haqda İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov bildirib.

1news.az iqtisadçı Vüqar Bayramovun mövzu ilə bağlı münasibətini təqdim edir.

Neftin dünya bazar qiymətinin kəskin azalması, qlobal və regional çətinliklər və eləcə də əsas ticarət tərəfdaşlarımızda milli valyutaların kəskin devalvasiyası Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Qlobal enerji bazarında müşahidə edilən qiymət azalmaları Azərbaycanın neft satışından dövlət gəlirlərinin 3 dəfədən çox azalmasına səbəb olub. Bu isə MDB-nin bütün enerji dövlətlərində olduğu kimi bizim ölkəmizə daxil olan valyutanın həcminin azalmasına səbəb olub ki, bu da milli valyutamıza təzyiqi artırıb.

Bu il yanvarın 18-də keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hökumət qarşısında konkret hədəflər müəyyənləşdirdi.  Ölkə prezidentinin vurğuladığı məsələlərdə 2015-ci il ölkədə baş verən iqtisadi böhran, qlobal dünyada baş verən bir sıra iqtisadi proseslərin Azərbaycana təsirinin yaratdığı amillər, 2016-cı il üçün qarşıda duran prioritetlərin dövlət qurumları qarşısında həll ediləcək məsələ kimi qoyulması əsas yer tutub.  Azərbaycan Prezidenti bəyan edib ki, ölkəmiz nefti unutmalı və inkişafı məhz qeyri-neft sektoru üzərində qurmalıdır. Qeyri-neft sektorunun inkişafı birmənalı şəkildə Azərbaycan iqtisadiyyatının neftdən asılılığının tamamilə aradan qaldırılmasına və böhrana dayanıqlı iqtisadi sistemin formalaşmasına imkan verəcək.

Azərbaycan Prezidenti struktur islahatlarının genişləndirilməsi ilə bağlı öz tapşırıqlarını verdi. Qlobal dünyada baş verən iqtisadi proseslər, xüsusilə dünya neft bazarında nəzərəçarpan qiymət enmələri Azərbaycan dövlət büdcəsinə də təsirsiz ötüşməyib. Büdcədə olan maliyyə mənbələrinin yenidən səmərəli xərclənməsi, dövlət vəsaitlərinə qənaət etmək və o cümlədən, hazırkı durumda bir sıra dövlət qurumlarının ləğv olunması aktualdır. Hal-hazırda ölkədə 19 nazirlik, 11 dövlət komitəsi, 8 komissiya, 9 mərkəz və şura, 8 dövlət agentliyi fəaliyyət göstərir.  Artıq Satınalmalar üzrə Dövlət Agentliyinin ləğvini ölkədə yaxın müddətdə reallaşdırılacaq digər struktur islahatların başlanğıcı və təkanı kimi qiymətləndirmək mümkündür. Sözügedən agentliyin ləğvi həm büdcə ayırmalarına qənaət imkanı yaradacaq, həm də tenderlərin keçirilməsi ilə bağlı prosedurların sadələşdirilməsinə imkan verəcək.

Qeyd olunan məsələ təkcə dövlət vəsaitlərinin qənaəti kimi deyil, passiv idarəetmə sistemindən çevik idarəetmə sisteminə keçid kimi müəyyənləşdirilə bilər. O cümlədən qarşıda həyata keçiriləcək iqtisadi islahatların idarə olunmasına dəstək göstərəcək.

Azərbaycan Respublikası Prezidentinin struktur islahatların olması ilə bağlı verdiyi mesaj bu yöndə proqnozlaşdırılan islahatların reallaşacağına və sağlamlaşdırılacağına əsas yaradır. 

Ölkə Prezidenti sahibkarlığın inkişafının dövlətimizin qarşısında dayanan əsas məqsəd olduğunu bildirib. Sahibkarlığın inkişafı baxımından hal-hazırda Prezidentin qarşıya qoyduğu məsələ idxal-ixrac prosesinin şəffaflaşdırılması, ölkəyə xarici investisiyanın, xüsusilə qeyri-neft sektoruna xarici kapitalın qoyulmasıdır.

Dünya praktikasını nəzərə alaraq qeyd etmək istəyirik ki, yalnız məhsulların qeydiyyatında elektronlanlaşma olarsa və bu sistem ölkədə şəffalıq, keyfiyyətli xidmət reputasiyasını özündə birləşdirən ASAN xidmətə verilərsə, qarşıdakı müddətdə müəyyən nəticələr almaq olar.  

Sahibkarlıq subyektlərinin qarşısında dayanan süni baryerlərdən sayılan lisenziya verilmə xidməti sahəsində aparılan islahatlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərin qarşısından bürokratik amilləri aradan qaldırdı. Yəni, sahibkar bir dəfə lisenziya alacaq və lisenziya müddətsiz olaraq veriləcək. Əvvəlki qaydalara görə isə, sahibkarlar hər 5 ildən bir lisenziya almalı olurdular və hər 5 ildən bir ödəniş etməli olurdular.

“Elektron lisenziya” portalının formalaşması lisenziya və xüsusi icazələrin verilməsi proseslərinin tamamən elektronlaşmasına gətirib çıxaracaq ki, bu da kifayət qədər sadə və lisenziyaların alınması üçün elektron müraciət formasının tətbiq edilməsi deməkdir. Yeni qanuna əsasən lisenziyanın alınması üçün bütün sənədlər təqdim ediləndən sonra lisenziya 2 gün ərzində sahibkara təqdim ediləcək. Bu lisenziyaların verilməsi sahəsində pozitiv inqilabi islahat kimi qiymətləndirilməlidir.

 Azərbaycanda lisenziyaların alınması üçün tələb edilən günlərin sayı inkişaf etmiş ölkələrin cəmləşdiyi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzrə orta göstəricidən 3 dəfədən çox azdır.  Bu isə o deməkdir ki, ölkəmiz lisenziyaların verilməsi üçün tələb edilən günlərin sayına görə hətta inkişaf etmiş dövlətlərdən belə öndə olacaq. Yeni qaydalar isə  sahibkara imkan verəcək ki, yalnız bir ödəniş etməklə müddətsiz lisenziya ala bilsinlər. Eyni zamanda regionlarda fəaliyyət göstərən sahibkarlar  lisenziyanı  50% güzəştlə alacaqlar. Bütün bunları özündə formalaşdıracaq amillər sahibkarların xərclərində azalmalara səbəb olacaq. Bu isə regionlarda lisenziya və xüsusi icazə tələb edən sahibkarlıq fəaliyyətinin dəstəklənməsi baxımından olduqca vacib addımdır.

Yuxarıda sadalananlara müvafiq olaraq idxal-ixrac inhisarçılığının ləğvi və elektronlaşması sahibkarın xərclərini azaldacaq və bazara daha ucuz məhsulların çıxarılmasına şərait yaradacaqdır.  

İnhisarçılığın ləğvi və elektronlaşması nəinki yerli sahibkarların fəallığını artıracaq, həm də xarici investorların da ölkəyə gəlməsini sürətləndirəcək. Nəzərə alsaq ki, hazırda pul-kredit siyasətinə əsasən ölkəyə təxirəsalınmaz şəkildə xarici valyuta ehtiyatları lazımdır, qeyd olunan tədbirlər xarici investorların ölkəyə gəlməsini stimullaşdıracaq.

Yanvarın 18-də Prezidentin keçirdiyi müşavirədə də müzakirə edilən ən önəmli məsələ qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi idi.  Son müşavirənin də verdiyi mesaj bundan ibarətdir ki, neftdən olan asılılıq, həmçinin Dövlət Neft Fondunun transfertlərinin qarşıdakı illər ərzində  azaldılması qarşıya qoyulan əsas prioritetdir. Azərbaycan Prezidenti eyni zamanda bildirdi ki, ölkəmizin xarici borcunun çox aşağı səviyyədə olması və mövcud vəziyyət nəzərə alınaraq xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resursları Azərbaycan bazarına cəlb edilə bilər.

Bu il Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə 250 milyon manat güzəştli kreditlər veriləcək. Sahibkarların öz maliyyə resurslarını da nəzərə alsaq regionlara qoyulan investisiyanın həcminin təxminən 1 milyard manat olacağı gözlənilir. Bu isə o deməkdir ki, ölkəmiz xarici valyuta cəlb etməklə cari tələbləri ödəyəcək. Genişmiqyaslı islahatlar yolu isə qeyri-neft sektorunun ixrac qabiliyyətinin yüksəlməsi ilə valyuta daxilolmalarını artıra biləcək.

Beləliklə, ölkəmizin qeyri-neft sektorunun inkişaf etdirilməsi hesabına enerji gəlirlərindən asılılığın aradan qaldırılmasına ünvanlanan islahatlara təkan verildi. Bu prioritetlərin reallaşması birmənalı şəkildə ölkəmizdə diversifikasiya edilmiş iqtisadi inkişafa nail olmağa imkan yaratmaqla məşğulluq sferasında, istehlak və valyuta bazarında stabilliyin formalaşmasına səbəb olacaq.

1news.az

 

 

Paylaş:
2641

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər