Yağ istehsalı zamanı istehlakçıları aldadan firmanın qanunsuz əməlləri ifşa edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağ istehsalı zamanı istehlakçıları aldadan firmanın qanunsuz əməlləri ifşa edilib

21:19 - 18 / 01 / 2016
Yağ istehsalı zamanı istehlakçıları aldadan firmanın qanunsuz əməlləri ifşa edilib

Bakıda süni şəkildə qiymət artıran yağ istehsalı firmasının direktoru saxlanılıb.

1news.az xəbər verir ki, əvvəllər məlumat verildiyi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti  və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, mal qıtlığının yaradılması, inhisarçılıq, istehlakçıların aldadılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə ardıcıl olaraq təxirəsalınmaz qabaqlayıcı tədbirlər, habelə istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış araşdırma zamanı Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov ev 20, mənzil 1 ünvanında fəaliyyət göstərən “Fazil” firması tərəfindən istehsal olunmuş “Rossiyskoye №40” və “Rossiyskoye №10” kombinə edilmiş xüsusi yağ nümunələrinin etiketində qeyd olunan məhsullarda süd yağının miqdarının müvafiq olaraq 40% və 10% göstərildiyi halda, analiz nəticələrinə görə bu göstəricilərin dəfələrlə az, yəni müvafiq olaraq 0,49% və 1,22% olması müəyyən edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Baş İdarə tərəfindən aparılmış araşdırma zamanı “Fazil” firmasının direktoru Tahir Sadıxov tərəfindən süni qiymət artımına yol verilməsinə və xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə tamah və sair şəxsi niyyətlərlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə firma tərəfindən istehsal olunan “Rossiyskoye №40” və “Rossiyskoye №10” yağlarının xüsusiyyəti və keyfiyyətinə dair məlumatları saxtalaşdırmaqla istehlakçıları xeyli miqdarda aldadaraq fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 200.1 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 313-cü maddələri ilə cinayət işi başlanmış, T.Sadıxov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda qeyd olunan cinayətin törədilməsində iştirak etmiş digər təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir daha bəyan edir ki, süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verən təxribatçı, işbaz və dəllallar barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirləri görüləcəkdir.

Həmçinin bu cür hallarla qarşılaşan vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı və İqtisadiyyat Nazirliyinin 195-2 saylı “Qaynar xətt” əlaqə mərkəzlərinə müraciət etmələri tövsiyə olunur.

1news.az

 

Paylaş:
625

Son xəbərlər

31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50
Bütün xəbərlər