Fikrət Sadıxov: “Erməni tərəfi yalnız gücün dilini anlayır”
1news.az-ın politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxovla müsahibəsi:
- Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı təəsüflər olsun, qeyd etdi ki, ötən il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində heç bir irəliləyiş olmadı və buna səbəb – onun rəhbərliyinin qeyri-konstruktiv olmasıdır. Erməni tərəfi anlayırmı ki, onun günahına görə danışıqların sülh yolu ilə həll olunması tükənir?
- Erməni tərəfi hər şeyi çox gözəl anlayır, görünür öz himayədarlarına çox güvənir. Hətta düşdüyü çətin vəziyyətə baxmayaraq, status-kvonun saxlanılmasına çalışır. Biz, Ermənistandakı kütləvi etiraz aksiyalarının şahidi olduq. Bu, onu göstərir ki, xalq, xüsusən də gənclər Sarkisyan vədlərindən və düşdükləri vəziyyətdən cana gəlib.
Ötən il Azərbaycan istər hərbi, istərsə də diplomatik istiqamətdə hücüm siyasətini nümayiş etdirdi. Erməni tərəfinin hər bir təxribatyönümlü çıxışına biz, bir neçə zərbələrlə – ağır texnika və müxtəlif çaplı silahlardan istifadə etməklə cavab vermişik. Və bu, tamamilə doğrudur, çünki erməni tərəfi yalnız gücün dilini anlayır.
- Son illər Azərbaycan Silahlı Qüvvələrinin hərbi potensialı güclənir, bu da Ermənistan SQ-nin qoşunların təmas xəttində böyük itkilər verməsinə səbəb olur. Erməni tərəfi gələcəkdə də Azərbaycana qarşı qondarma “nə sülh, nə müharibə” şəraitində dayana biləcəkmi?
- Ermənistanın Azərbaycana qaşı dayana bilmək üçün imkanları yoxdur. O, yalnız bir sıra xarici qüvvələrin əlində alətdir ki, bununla da Ermənistan vasitəsilə Azərbaycana təzyiq göstərmək üçün istifadə olunur. Axır zamanlar bu, daha aydın görünür. Ermənistanın Azərbaycana qarşı daya bilmək imkanından danışmaq düzgün olmaz, belə ki, Azərbaycanla Ermənistanın hərbi gücü müqayisəedilməzdir.
Ermənistan rəhbərliyi qapalı çərçivədə olduğu üçün sağlam düşüncə nümayiş etdirə bilmir. Xarici qüvvələrin təsiri altında, aparıcı dövlətlərin əlində alət olaraq Ermənistan rəhbərliyi əvvəlki dəsti-xəttini davam etdirir – təxribatlar törədir, münaqişəyə gedir, vəziyyəti gərginləşdirməyə çalışır. Və bununla da o, çıxılmaz vəziyyət yaradır ki, bu da Ermənistan özü üçün çətinlik törədir.
Mövzu üzrə oxuyun:
Azərbaycan bundan sonra da Ermənistanı təcrid edəcək və 2016-cı ildə öz hərbi gücünü artıracaq
- Dağlıq Qarabağ münaqişəsi başladığı zaman ermənilər “Miatsum” ideyasını irəli sürür və bunu əsas göstərirdilər ki, hüquqları tapdandığı üçün Azərbaycanın tərkibində qala bilməzlər. Son 20 il ərzində ermənilər nəiki başqa etnik qruplar, o cümlədən, özlərinin normal yaşaması üçün şərait yarada bilməyib. Halbuki, Azərbaycanda müxtəlif milliyyətə mənsub insanlar yaşayır və bu il ölkədə Multikulturalizm ili elan olunub.
- “Miatsum” ideyası,yəni,işğal olunmuş Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsi, yaxud “Dağlıq Qarabağ respublikası” sabun köpüyü kimi partladı. Ermənilər çoxdan anlayıb ki, bu ideyaların həyata keçməsi mümkün deyil. Münaqişənin əvvəlində ermənilər bildirirdi ki, guya Azərbaycanın tərkibində pis yaşayır, aclıq çəkirdilər. Baxmayaraq ki, həmin dövrdə bu ərazi Azərbaycanın yaxşı inkişaf etmiş kənd təsərrüfatı kompleksinə malik regionlarından idi. Bu regiona investisiyalar yatırılır, ermənilər üçün öz dilində təhsil almaları üçün hər bir şərait yaradılırdı.
İndi Ermənilərin çoxu anlayır ki, Dağlıq Qarabağ və Ermənistan özü də hazırda çıxılmaz vəziyyətdədir. Eyni zamanda qeyd etməliyik ki, Azərbaycanda həyata keçirilənlər dünyanın bir çox ölkələri, o cümlədən Ermənistan üçün nümunə ola bilər. Azərbaycanda başqa xalqların və etnosların çoxlu sayda nümayəndəsi yaşadığı halda, Ermənistan haqqında bunu demək çətindir.
İslam dini ilə paralel Azərbaycanda başqa dinlər də sülh şəraitində birgə mövcuddur. Bu parlaq bir nümunədir və xarici ekspertlər tərəfindən dəfələrlə qeyd olunub.
- Neft qiymətlərinin düşməsi fonunda 2015-ci ildə Azərbaycanın iqtisadi inkişafını necə qiymətləndirirsiniz?
- Prinsipcə enerji və sosial-iqtisadə sahədə geniş layihələr həyata keçirilib. Bunu görməzdən gəlmək olmaz. Nazirlər Kabinetinin sonuncu iclasında da, bundan bəhs olunub. Aydındır ki, ilin sonunda bəzi xoşagəlməz proseslər, manatın ikinci devalvasiyası oldu. Neft qiymətlərinin getdikcə düşməsi də mənfi rol oynadı. Buna baxmayaraq dünyadakı çətin iqtisadi vəziyyət fonunda ölkəmiz 2015-ci ildə ciddi iğtişaşlardan qoruna bildi. Burada etiraf etmək lazımdır ki, bəzi faktorlar xarici şərtlərdən asılıdır. Neftin qiymətləri hələ sovet dövründə müəyyən oyunçular tərəfindən hər hansı ölkəni zəiflətmək və ya cəzalandırmaq məqsədilə tənzimlənir, bununla bir çox ölkələrin iqtisadiyyatı nəzarət altında saxlanılırdı. İndi başqa vəziyyətin şahidi oluruq. RF ilə Qərb arasında qarşıdurma gedir. OPEK-in qiymət siyasəti mövcuddur.
Bütün bunlar maliyyə və iqtisadiyyata təsir edir, biz də bundan qaça bilmədik. Ümid edirəm ki, 2016-cı ildə ölkəmiz sosial-iqtisadi islahatlar yolunu davam etdirəcək. Bu bizi inkişaf yoluna çıxaracaq yeganə istiqamətdir. Karbohidrogen ehtiyatlarının qiymətinə təsir edən faktorları nəzərə alsaq, hücum siyasi xəttini həm dünya arenasında, həm də cəbhə xəttində hərbi istiqamətdə davam etdirmək lazımdır.
1news.az