SOCAR ilə İtalita şirkəti arasında müqavilə imzalandı - FOTO | 1news.az | Xəbərlər
Siyasət

SOCAR ilə İtalita şirkəti arasında müqavilə imzalandı - FOTO

Qafar Ağayev14:18 - Bu gün
SOCAR ilə İtalita şirkəti arasında müqavilə imzalandı - FOTO

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Italiana Petroli S.p.A" şirkətinin məxsus olduğu "MIP S.p.A" rkəti arasında səhmlərin alışı ilə bağlı müqavilə imzalanıb.

1news.az xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində baş tutub.

Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Italiana Petroli S.p.A"nın İdarə Heyətinin sədri Uqo Braçetti Peretti imzalayıb.

Müqavilə SOCAR-ın Avropanın enerji bazarındakı mövqeyini gücləndirəcək.

Bundan başqa, AIIF 2025 çərçivəsində "EelElectric" MMC ilə elektrik mühəndisliyi və energetika sahəsində ixtisaslaşmış İsveç-İsveçrə transmilli korporasiyası "ABB Group"un Türkiyə nümayəndəliyi arasında Modul Panel Sistemlərinin quraşdırılmasına dair müqavilə imzalanıb. Sənədi "EelElectric"in direktoru Vüsal Mirzəyev və "ABB Group Türkey"in ölkə meneceri Mahmud Rzayev imzalayıb. Layihə elektrik infrastrukturu sahəsində texnoloji inkişafı dəstəkləyəcək.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər