Bakının Cəfər Cabbarlı küçəsində hərəkət məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Cəfər Cabbarlı küçəsində hərəkət məhdudlaşdırılacaq

15:44 - Bu gün
Bakının Cəfər Cabbarlı küçəsində hərəkət məhdudlaşdırılacaq

Sabah saat 08:00-dan sentyabrın 25-i saat 00:00-a qədər Bakının Yasamal rayonunun Cəfər Cabbarlı küçəsində - Abbasqulu Ağa Bakıxanov küçəsi ilə kəsişmədən başlayaraq aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan yol sahəsində qısa müddətlik tam məhdudlaşdırılacaq.

1news.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Sürücülərdən göstərilən tarixlərdə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyirik", - deyə məlumatda qeyd olunub.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər