Səhiyyə Nazirliyi Azərbaycanda “donuz qripi” ilə əlaqədar yayılan xəbərlərə aydınlıq gətirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyi Azərbaycanda “donuz qripi” ilə əlaqədar yayılan xəbərlərə aydınlıq gətirib

11:39 - 18 / 01 / 2016
Səhiyyə Nazirliyi Azərbaycanda “donuz qripi” ilə əlaqədar yayılan xəbərlərə aydınlıq gətirib

Səhiyyə Nazirliyi Azərbaycanda “donuz qripi”nə yoluxma və bununla əlaqədar ölüm hallarının baş verməsi xəbərini təkzib edib.

Bu haqda 1news.az nazirliyin mətbuat xidmətindən məlumat verilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. 

“Respublikada “donuz qripi”nə yoluxma halı aşkarlanmayıb”, - mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, bu gün səhər Bakıda “donuz qripi”nə yoluxma və ölüm halı ilə bağlı xəbərlər yayılıb.

Daha əvvəl Səhiyyə Nazirliyi “donuz qripi”nin əlamətləri aşkar olunarsa təcili olaraq tibb müəssisələri müraciət edilməklə və bu xəstəliyin daha gərgin olduğu ölkələrə səyahət etməkdən çəkinməklə bağlı əhaliyə müraciət etmişdi. 

“Əhaliyə tövsiyə olunur ki, xəstəliyin əlamətləri hiss olunduğu andan tibb müəssisələrinə müraciət edilsin, qoruyucu maskalardan istifadə olsunsun və şəxsi gigiyenaya riayət edilsin. Vətəndaşlardan “donuz qripi”nin daha çox yayıldığı ölkələr səyahət etməmələri, kütləvi mədəniyyət tədbirləri və insanların sıx olduğu yerlərdən uzaq durmaları xahiş olunur”, - nazirlyin məlumatında qeyd olunur. 

Mövzu ilə əlaqədar:

Səhiyyə Nazirliyi “donuz qripi” ilə bağlı əhaliyə müraciət edib

Qeyd edən ki, “donuz qripi”ndən ölüm halları daha çox Gürcüstan və Ermənistanda aşkar olunub.

“Donuz qripi” – donuzların tənəffüs yolunda yaranan xəsətlikdir ki,bu da A qrupuna daxil olan virus hesab olunur və vaxtaşırı olaraq heyvanlarda aşkar olunur. İlk dəfə olaraq “donuz qripi” (A qrupuna aidH1N1 virusu) 1930-cu ildə donuzlarda aşkar olunub.

“Donuz qripi”nə daxil olan digər viruslar insanlarda xətəlik törətmir. Lakin bir sıra ölkələrdə bu xəsətlikdən ölüm halı qeydə alınıb. H1N1 virusu 2009-2010-cu illərdə qrip epidemiyasına səbəb olub ki, bu da donuzlardan keçərək insanlar arasında yayılan bilər.Virusun yeni yaranmış forması, yəni “donuz qripi”  2009-cu ilin aprelində yayılmağa səbəb olub. Xəstəliyin yaranmasının ilk vaxtı kimi 18 mart  Mexiko şəhəri qeyd olunur.

Xəstəliyin əlamətləri –qaytarma, ishal, güclü baş ağrıları, yüksək hərarət, tənəffüz yollarında sıxılma, təngənəfəslik. Əgər mövsümlə əlaqədar xəsətliyin daha gərginləşmə halı 10-15 gündən sonra aşkarlanarsa, o zaman “donuz qripi”ndə bu, 2-3 gündən sonra özünü büruzə verəcək. Xəsətəlik daxili orqanların, əsasən də ağciyərlərin zədələnməsinə səbəb olur.

1news.az

Paylaş:
886

Son xəbərlər

Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40
Bütün xəbərlər