Səhiyyə Nazirliyi “donuz qripi” ilə bağlı əhaliyə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyi “donuz qripi” ilə bağlı əhaliyə müraciət edib

19:28 - 15 / 01 / 2016
Səhiyyə Nazirliyi “donuz qripi” ilə bağlı əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi “donuz qripi”nə qarşı əhali arasında maarifləndirmə işini davam etdirir.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu haqda Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu məqsədlə “donuz qripi”nə qarşı özünü qorumaq üçün əhalinin bilməsi zəruri olan tövsiyələri əks etdirən broşur hazırlanıb.

Bildirilir ki, “donuz qripi”nə qarşı qorunmaq üçün xəstə görünən, hərarəti olan və öskürən şəxslərlə təmasda olmamalı, tez-tez əllərini sabunla yumalı, sağlam həyat tərzi keçirməli, kifayət qədər yatmalı, yaxşı qidalanmalı və fiziki aktiv olmalıdır.

“Evdə xəstəyə baxarkən xəstəni digər ailə üzvlərindən təcrid etmək (ən azı 1 metr məsafədə saxlamaq), xəstə ilə təmasda olarkən ağız və burunu maska ilə örtmək, xəstənin istifadə etdiyi məişət əşyalarını təmiz yumaq, xəstə ilə hər bir təmasdan sonra əlləri təmiz yumaq, xəstə olan otağın havasını mütəmadi olaraq dəyişmək, xəstənin olduğu mühiti kifayət qədər təmiz saxlamaq lazımdır” – deyə broşurda qeyd olunub.

Broşurda o da qeyd olunub ki, əgər xəstədə hərarət, ümumi halsızlıq, öskürək və ya boğaz ağrısı olsa, mütləq evdə qalın işlədiyiniz yerə və ya təhsil müəssisəsinə getməkdən, habelə kütlə ilə təmasdan çəkinin, kifayət qədər istirahət edin və çoxlu miqdarda maye qəbul edin, öskürdükdə və ya asqırdıqda ağzınızı və burnunuzu birdəfəlik tənziflə örtün, silin və bu tənzifi ayrıca zibil qutusuna atın, mütəmadi olaraq, xüsusilə öskürdükdə və ya asqırdıqda əllərinizi sabunla təmiz yuyun, insanlarla təmasa girməmək üçün ailə üzvlərinizə və yaxınlarınıza xəstəliyiniz haqda məlumat verin:

“Xəstəliyin ilk simptomları baş verdikdə sahə həkiminə evə çağırış edin. Ağır vəziyyətdə və ya işdən kənar vaxtda təcili tibbi yardıma müraciət edin”. 

1news.az

Paylaş:
1183

Son xəbərlər

70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27
Bütün xəbərlər