Macarıstan səfirliyində viza almaq üçün onlayn bron sistemi tətbiq olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Macarıstan səfirliyində viza almaq üçün onlayn bron sistemi tətbiq olunacaq

23:53 - 18 / 01 / 2016
Macarıstan səfirliyində viza almaq üçün onlayn bron sistemi tətbiq olunacaq

25 yanvar 2016-cı ildən Macarıstan səfirliyində viza almaq üçün sənəd təqdimində IFR System- ərizə verilməsi saatının onlayn bronlaşdırılması sisteminə keçiləcək.

Bu andan etibarən nömrə verilməsi sistemi dayandırılacaq. Viza almaq üçün sənəd təqdim olunarkən Macarıstan səfərliyinin konsulluq bölümündə ərizələr yalnız IFR sistemi vasitəsilə qəbul olunacaq.

1news.az Bakıdakı Macarıstan səfirliyinin konsulluq bölməsinə istinadən xəbər verir ki, IFR saytından bildirildiyinə görə "C" ( 90 gündən artıq olayan "Şengen" vizasi ) və ya "D" vizası ( yaşayış  üçün vizanın alınması) üçün vaxt bron edilə bilər.

IFR System-i  ifr.mfa.gov.hu saytından tapmaq mümkündür.

IFR System-in mobil versiyasını AppStore (iOS) və Google Play (Android) vasitəsilə telefonunuza pulsuz yükləyə bilərsiniz. Windows Mobile sistemindən istifadə edənlər isə ifr.mfa.gov.hu/ifrmobile ünvanından yükləyə bilər.

IFR System tətbiq olunmaqla Macarıstan səfirliyinin konsulluq bölməsinin qəbul saatları da dəyişdirilib.

Bazar ertəsi, Çərşənbə axşamı, Çərşənbə: 9.30-13.00

Cümə günü: 9.30-12.00

Hazır vizaların verilməsi:

Bazar ertəsi, Çərşənbə axşamı, Çərşənbə 16.00

Cümə :  15.00

 1news.az

Paylaş:
1542

Son xəbərlər

Bütün xəbərlər