Azərbaycan XİN İrana qarşı sanksiyaların ləğv edilməsini alqışlayır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN İrana qarşı sanksiyaların ləğv edilməsini alqışlayır

12:23 - 18 / 01 / 2016
Azərbaycan XİN İrana qarşı sanksiyaların ləğv edilməsini alqışlayır

Azərbaycanın Xarici İşlər Nazirliyi altılıq ölkələri (ABŞ, Almaniya, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Çin, Fransa, Rusiya) və İran arasında Avropa İttifaqının iştirakı ilə 14 iyul 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsini alqışlayır.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə nazirliyin yaydığı bəyanatda qeyd olunub.

“Bu irəliləyişin əldə olunmasında bütün tərəflərin nümayiş etdirdikləri qətiyyət və əzmi təqdir edirik.

Biz həmçinin, bu nailiyyət münasibətilə dost və qonşu İran xalqını təbrik edir və bu müsbət prosesin Azərbaycan Respublikası və İran İslam Respublikası arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişafına əlavə təkan verəcəyinə əminliyimizi bildiririk”- deyə, bəyanatda qeyd olunur.

1news.az

Paylaş:
951

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər