Qafqazinfo: Sevda Ələkbərzadə boşanır – FOTO
Əməkdar artist Sevda Əlkəkbərzadə ilə həyat yoldaşı arasında soyuq küləklər əsir.
1news.az xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, müğənni boşanmaq barədə vəkilinə müraciət edib.
ABŞ-da bizneslə məşğul olan Kamiyar Sevda Ələkbərzadə ilə tez-tez görüşə bilmədiyi üçün, cütlük arasında söz-söhbətlər yaranmağa başlayıb. Hətta iş adamı müğənninin anasının yas mərasiminə gəlməyib.
Kamiyar sosial şəbəkədə toy və Sevda Ələkbərzadə ilə birlikdə olduğu bütün fotoları silib.
Müğənni ailə həyatındakı dəyişikliyi böyük səylə mətbuatdan gizli saxlayır.
Qeyd edək ki, Sevda və Kamiyar cütlüyü ötən ilin may ayında ailə həyatı qurmuşdu.
Cənubi Azərbaycandan olan iş adamı Sevda Ələkbərzadə ilə Türkiyədə tanış olmuşdu.
Müğənninin özü isə 1news.az-la söhbətində deyilənləri təkzib edərək həyat yoldaşı ilə boşanmadıqlarını bildirib.
1news.az