20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar BakuBus avtobuslarının istiqaməti dəyişdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar BakuBus avtobuslarının istiqaməti dəyişdirilir

14:36 - 19 / 01 / 2016
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar BakuBus avtobuslarının istiqaməti dəyişdirilir

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlıkeçiriləcək tədbirlərlə əlaqədar BakuBus avtobuslarının marşrut istiqaməti dəyişdiriləcək. 

BakuBus-ın mətbuat xidmətinin rəhbəri Nuridə-Allahverdiyeva-Məmmədovanın 1news.az-a verdiyi məlumata görə, yanvarın 20-də nəqliyyatın Şəhidlər xiyabanına tərəfə olan istiqamətində məhdudiyyətlər olacaq.

Belə ki, 3 və 6 saylı avtobuslar Respublika İncəsənət Gimnaziyasına qədər hərəkət edəcək və daha sonra geri istiqamətdə qayıdacaq.

1news.az

Paylaş:
706

Son xəbərlər

Bütün xəbərlər