Azərbaycanda xaricə valyuta köçürülməsi məhdudlaşdırılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda xaricə valyuta köçürülməsi məhdudlaşdırılır

15:40 - 19 / 01 / 2016
Azərbaycanda xaricə valyuta köçürülməsi məhdudlaşdırılır

Azərbaycan hökuməti ölkədən valyuta çıxarılmasına məhdudiyyət qoymaq niyyətindədir.

“İnterfax-Azərbaycan”-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün parlamentin İqtisadiyyat və Hüquq siyasəti komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, parlamentə təqdim edilmiş “Valyuta tənzimləməsi haqqında” qanuna təklif edilən dəyişikliklər qiymətli kağızlar, daşınmaz əmlak və torpaq almaq üçün ölkədən çıxarılan birbaşa investisiyalara 20% rüsum tətbiq edilməsini nəzərdə tutur.

Bu məhdudiyyətlər ölkə hüdudlarından kənarda müalicə, təhsil xərclərini ödəmək, məhkəmə və hüquq-mühafizə orqanlarının qərarlarını yerinə yetirmək üçün ölkədən çıxarılan valyutalara şamil edilməyəcək.

“İnterfax-Azərbaycan

Paylaş:
1105

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər