Prezident İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması haqqında fərman imzaladı | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması haqqında fərman imzaladı

18:12 - 19 / 01 / 2016
Prezident İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması haqqında fərman imzaladı

Azərbaycan Respublikası prezidenti İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması haqqında fərman imzalayıb.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərman mətnində bildirilir;

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251) ilə müəyyən edilmiş  sosial müavinətlərin məbləği  2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 yanvar 2016-cı il

Paylaş:
1164

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər