Keçən il Azərbaycanda 54,4 milyard manatlıq məhsul istehsal edilib
2015-ci ildə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 54,4 milyard manatlıq və ya 2014-cü illə müqayisədə 1,1 faiz çox ümumi daxili məhsul istehsal edilib.
1news.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı məlumatında qeyd olunub.
Məlumata görə, əlavə dəyərin 33,9 faizi sənayedə, 12,1 faizi tikintidə, 10,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə, 19,4 faizi isə digər sahələrdə istehsal edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 8,3 faizini təşkil edib. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 5703,7 manata bərabər olub.
1news.az