Litvada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Litvada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib – FOTO

21:13 - 19 / 01 / 2016
Litvada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib – FOTO

Litvanın Klaypeda şəhərində fəaliyyət göstərən  “Azəris” diaspor təşkilatı 20 Yanvar faciəsi zamanı həlak olan  həmvətənlərimizin xatirəsini yad etmək məqsədilə anım mərasimi təşkil edib.

1news.az-ın məlumatına görə, digər icmaların nümayəndələrinin də iştirak etdiyi tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə  başlayıb.

Milli Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə çıxış edən təşkilatın rəhbəri Əliağa Məmmədov 1990-cı il yanvarın 19-u və 20-i tarixində  baş verənlər haqqında danışıb, xalqın müstəqilliyi uğrunda özlərini qurban verən şəhidləri ehtiramla yad edib. Tədbir iştirakçıları da müzakirələrə qoşulub,  faciə ilə bağlı fikir və hisslərini bölüşüblər.

Daha sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.

1news.az

 

Paylaş:
652

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər