Bakıda jurnalistin evi qarət edildi – FOTO
AzVision.az saytının siyasət müxbiri Elvin Abdulqədirovun Bakının Binə qəsəbəsində yerləşən mənzili qarət olunub.
1news.az xəbər verir ki, bu barədə həmkarımızın özü məlumat verib. Onun sözlərinə görə, hadisə dünən axşam saatlarında baş verib.
Mənzildən ümumi dəyəri 3 min manat olan qızıl-zinət əşyaları, televizor, kompüter, planşet və nağd pul oğurlanıb.
Evdə heç kimin olmadığını fürsət bilən oğrular jurnalistin və həyat yoldaşının nişan üzüyünü də aparıblar.
Jurnalist Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinə müraciət edərək, cinayətkarların tezliklə tapılmasını xahiş edib.
1news.az
590