Əməkdar artistin oğlu həbs olundu: atası oğulluqdan çıxartdı – FOTO
Azərbaycanın əməkdar artisti Rəhman Rəhmanovun oğlu müğənni Emil Rəhmanov polis tərəfindən saxlanılıb.
1news.az-ın məlumatına görə, əməkdar artist ANS PRESS-ə danışaraq oğlunun saxlanılmasını təsdiqləyib. R.Rəhmanovun oğlu ilə yaşamadığını deyib:
“O adam məni maraqlandırmır. 1 aydır mən o adamla nə danışıram, nə də görüşürəm. Kim nə edir, özünə edir. Mənə heç nə etmir. Mənim o adda oğlum yoxdur!” .
Qeyd edək ki, 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunan E.Rəhmanov 6 il azadlıqdan məhrum edilmişdi.
Onu da əlavə edək ki, E.Rəhmənov 2014-cü ildə ailə həyatı qurub. Müğənni restoranların birində dost-tanışını başına yığaraq, özünə toy edib. Emilin toy məclisini müğənni Zamiq idarə edib.
1news.az