Bakıda şagird məktəb yoldaşını bıçaqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda şagird məktəb yoldaşını bıçaqlayıb

11:31 - 19 / 01 / 2016
Bakıda şagird məktəb yoldaşını bıçaqlayıb

Bakıda orta məktəb şagirdi bıçaqlanıb.

 

1news.az xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 286 saylı orta məktəbin qarşısında qeydə alınıb.

 

Belə ki, həmin məktəbin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Arif Qəhrəmanov məktəb yoldaşı, 1999-cu il təvəllüdlü Xəqani Ramazanovu bıçaqlayıb.

 

Nəticədə X. Ramazanov xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1news.az

Paylaş:
824

Son xəbərlər

Bütün xəbərlər