Keçən il Əmlak Məsələləri Dövlət Komitəsinə 300 minə yaxın elektron müraciət daxil olub
Daşınmaz əmlakın qeydiyyatında çeviklik və müasirliyin artırılması məqsədilə ötən il Əmlak Məsələləri Dövlət Komitəsində 3 SMS xidmət istifadəyə verilib.
1news.az xəbər verir ki, bu barədə sözügedən Komitədən məlumat veriblər.
Məlumata görə, ümumilikdə Komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi 31 elektron xidmət vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 300 minə yaxın elektron müraciət daxil olub və icra edilib.
Eyni zamanda, elektron xidmətlərlə yanaşı, komitənin 2 onlayn xidməti də vətəndaşların istifadəsindədir.
1news.az
648