Azərbaycanda bütün işsiz olanlara orta aylıq əmək haqqının 70%-i qədər müavinət veriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda bütün işsiz olanlara orta aylıq əmək haqqının 70%-i qədər müavinət veriləcək

13:18 - 20 / 01 / 2016
Azərbaycanda bütün işsiz olanlara orta aylıq əmək haqqının 70%-i qədər müavinət veriləcək

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, S.Müslümov bildirib ki, bütün işləyən insanlar öz əmək müqavilələrini qeydiyyatdan keçirməli və sosial sığorta haqları ödəməlidirlər: “Bu hallar varsa, həmin insanlar, demək olar ki, öz iş yerlərini itirməkdən sığortalanıblar. Dövlətin “Məcburi sosial sığorta haqqında” qanunu var. Bu qanuna görə, işsiz olma sosial sığorta hallarından biri sayılır. Düzdür, bu gün Azərbaycanda işsiz olmaq üçün ayrıca sosial sığorta tarifi yoxdur. Buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcə vəsaitləri içərisində bu məqsəd üçün vəsait nəzərdə tutulub. Nazirliyin yanında Dövlət Məşğulluq Xidmətinin bütün rayonlarda mərkəzləri var. Əgər bütün işsiz olanların əmək müqavilələri qeydiyyatdan keçib və məcburi sosial sığorta haqları ödənilibsə, onlar son 12 ayda əldə etdikləri orta aylıq əmək haqqının 70%-i qədər 6 ay ərzində işsizlik müavinəti almaq hüququna malikdir”.

Nazir qeyd edib ki, 2015-ci ildə işsizlik müavinətinin orta aylıq məbləği təqribən 252 manat təşkil edib: “Bu məbləğ niyə aşağı görünür? Çünki, xeyli insan var ki, onların əvvəlki 12 ay ərzində əmək haqqı olmayıb. Bu zaman onlara minimum məbləğdə işsizlik müavinət verilib. Bu gün bu, 55 manatla ölçülür. Cənab prezidentin işsizliklə bağlı müavinətin artırılması ilə bağlı tapşırığı var. Bu günlərdə Nazirlər Kabineti dəyişiklik edəcək. Məndə olan məlumata görə, bu məbləğ 30-40% artırıla bilər”.

1news.az

Paylaş:
973

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər