Qubada “Multikulturalizm və vətənpərvərlik” mövzusunda dəyirmi masa keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada “Multikulturalizm və vətənpərvərlik” mövzusunda dəyirmi masa keçirilib

14:52 - 20 / 01 / 2016
Qubada “Multikulturalizm və vətənpərvərlik” mövzusunda dəyirmi masa keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə Quba rayonundakı 2 nömrəli liseydə “Multikulturalizm və vətənpərvərlik” mövzusunda növbəti dəyirmi masa keçirilib.

1news.az-ın verdiyi xbərə görə, mərkəzin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə Quba Rayon İcra Hakimiyyətinin təhsil şöbəsinin müdiri, rayon ictimaiyyətinin nümayəndələri, liseyin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Layihə rəhbəri Rəvan Həsənov çıxışında Azərbaycan multikulturalizminin siyasi-hüquqi, elmi-fəlsəfi və ədəbi-bədii qaynaqları haqqında məlumat verərək 2016-cı ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Multikulturalizm ili” elan olunduğunu xatırladıb. O deyib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan multikulturalizm modeli artıq Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasəti müstəvisinə qaldırılıb və dünyaya ixrac olunmaqdadır. Bildirib ki, Azərbaycan Respublikasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə “Azərbaycan multikulturalizmi” fənni artıq dünyanın 11 nüfuzlu ali təhsil ocağında tədris olunur. Həmin fənni dinləyən xarici gənclərlə regionlarımızdakı gənclər arasında dostluq əlaqələrinin yaranması məqsədilə ölkəmizin müxtəlif bölgələrində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən mütəmadi olaraq yay və qış məktəbləri keçirilir.

Rayon təhsil şöbəsinin müdir müavini Pərviz Nurməmmədov Qubanın etnik tərkib baxımından Azərbaycanın zəngin bölgələrindən biri olduğunu vurğulayıb, bu cür tədbirlərin gənclərin və rayon ictimaiyyətinin maariflənməsi üçün böyük önəm kəsb etdiyini söyləyib.

Liseyin direktoru Eynulla Camalov gəncləri radikal dini qruplardan qorumaq məqsədilə bu formatlı görüşlərin mütəmadi keçirilməsinin zəruriliyini diqqətə çatdırıb və “dəyirmi masa”nın təşkilinə görə rayon ictimaiyyəti adından ölkə rəhbərliyinə, Prezident yanında Gənclər Fonduna və BBMM-ə minnətdarlığını bildirib.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

1news.az

 

Paylaş:
834

Son xəbərlər

DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24
Bütün xəbərlər