Polis saxta əsginazlar satan Bakı sakinini saxlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis saxta əsginazlar satan Bakı sakinini saxlayıb

17:34 - 20 / 01 / 2016
Polis saxta əsginazlar satan Bakı sakinini saxlayıb

Saxta əsginazları satmaq istəyən şəxs polis tərəfindən saxlanılıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, yanvarın 19-da Biləcəri qəsəbə sakini Şahbaz Qurbanov Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ona 23000 rubl saxta əsginaz satmasını bildirib.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İsmayıl Qasımov saxlanılıb, ondan 5000 rubl saxta əsginaz götürülüb.

1news.az

 

Paylaş:
675

Son xəbərlər

Bütün xəbərlər