Vyetnamlı tələbələr 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırılıblar
20 Yanvar faciəsinin 26-cı ildönümü Vyetnamda da qeyd olunub.
1news.az-ın məlumatına görə, ölkəmizin Vyetnamdakı səfiri Anar İmanov Vyetnamın Xarici Dillər və Beynəlxalq Münasibətlər Universitetinin tələbələri üçün mühazirə deyib.
Mühazirəsində səfir A.İmanov, 1990-ci ilin 20 yanvar tarixində Sovet qoşunları tərəfindən ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciə barədə məlumat verib.
Səfir 20 yanvar faciəsi zamanı Bakıda törədilmiş qanlı hadisələr zamanı şəhid olmuş qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını diqqətə çatdırıb və 20 yanvar hadisələrinin Azərbaycan xalqının tarixində yeni bir qəhrəmanlıq səhifəsi açdığını vurğulayıb.
A.İmanov mühazirəsində həmçinin Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti barədə məlumat vermiş, Xocalı faciəsi haqqında söhbət açmışdır.
Mühazirə zamanı 20 yanvar faciəsi haqqında sənədli film nümayiş etdirilib və tələbələrin sualları cavablandırılıb.
1news.az