Necdet Ünüvar: “26 il əvvəl 20 yanvar günü Azərbaycanda “günəş doğmadı” | 1news.az | Xəbərlər
Cəmiyyət

Necdet Ünüvar: “26 il əvvəl 20 yanvar günü Azərbaycanda “günəş doğmadı”

11:22 - 20 / 01 / 2016
Necdet Ünüvar: “26 il əvvəl 20 yanvar günü Azərbaycanda “günəş doğmadı”

Türkiyə -  Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, professor Necdet Ünüvar 20 Yanvar Hüzn günü münasibətilə Azərbaycan və Türk millətinə dərin hüznlə başsağlığı verib.

1news.az xəbər verir ki, başsağlığı mətnində bildirilir: “20 yanvar 1990-cı ildə sovet ordusunun qardaşlarımızı qətl etdiyini unutmayacağıq. “Qara Yanvar” bizim üçün də matəm günüdür. 20 yanvarda yaşanan qətliam Türk dünyasının yaşamış olduğu ən acı günlərdən biridir. 26 il əvvəl 20 yanvar günü Azərbaycanda “günəş doğmadı”. Sovet tankları Bakıya girərək lüləsini azadlıq atışi ilə yanan məsum insanlara yönəltdi. Rus tankları uşaq, qadın, kişi, yaşlı, gənc demədən hər kəsi vurur-yıxdı. Bəs bu insanların günahı nə idi? Vətən torpağını sevmək, onu qorumaq diləyi nə zamandan bəri günah sayılır?

20 Yanvar zalımlıqla həyata keçirilən bir zülmdür, kim edirsə etsin zalıma qarşıyıq və kim olursa olsun zülmə uğrayanların yanındayıq. Qərb dünyası günümüzdə olduğu kimi  o zaman da bu insanlıq ayıbına qarşı biganə qalıb və Sovet İttifaqı başçısı Mixail Qarbaçova Nobel sülh mükafatı təqdim edərək bir növ qətliamı mükafatlandırıb.

“Tək Millət İki Dövlət” olan Türkiyə və Azərbaycan olaraq acılara birlikdə üzüldük, yaralarımızı birlikdə sarıdıq. 20 Yanvar hüzn günündə bütün Azərbaycan və Türk Millətinin təkrar baş sağ olsun deyərkən, bu qətliamda həyatını itirən qardaşlarımıza bir daha uca Allahdan rəhmət diləyirik”.

1news.az

Paylaş:
822

Son xəbərlər

Yağış, duman, külək - Baza gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39
Bütün xəbərlər