Robert Dadli: “Cənubi Qafqaz qaz boru kəmərinin tikintisi vaxtında başa çatdırılacaq” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Robert Dadli: “Cənubi Qafqaz qaz boru kəmərinin tikintisi vaxtında başa çatdırılacaq”

23:23 - 20 / 01 / 2016
Robert Dadli: “Cənubi Qafqaz qaz boru kəmərinin tikintisi vaxtında başa çatdırılacaq”

Dünyada neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, Cənubi Qafqaz qaz boru kəmərinin tikintisi qrafik üzrə davam etdirilir. Xəttin tikintisi vaxtında – 2018-ci ildə başa çatdırılacaq.

Gürcüstan hökumət dəftərxanasından bildiriblər ki, bu sözləri bp-nin baş direktoru Robert Dadli Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşdə söyləyib.

Baş direktor onu da bildirib ki, Bakı-Supsa boru kəmərinin modernləşməsi və bu xəttin keçdiyi ərazilərdə ekoloji layihələrin reallaşdırılması üçün də 150 milyon ABŞ dolları ayrılacaq.

G.Kvirikaşvili boru kəməri ilə əlaqədar Gürcüstanda görülən işlərdən danışıb.

AZƏRTAC 

Paylaş:
787

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər