Azərbaycanın 2015-ci il üçün xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın 2015-ci il üçün xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

00:19 - 20 / 01 / 2016
Azərbaycanın 2015-ci il üçün xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 18815,4 milyon ABŞ dolları təşkil edib.

1news.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı məlumatında qeyd olunub.

Məlumata görə, ticarət dövriyyəsinin 10619,2 milyon dollarını və ya 56,4 faizini ölkədən ixrac olunmuş məhsullar, 8196,2 milyon dollarını (43,6 faizini) isə idxal məhsulları təşkil edib, ixracın idxalı üstələməsi nəticəsində 2423,0 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 4,1 faiz, o cümlədən ixrac 5,7 faiz azalıb, idxal isə 0,2 faiz artıb. Ticarət dövriyyəsinin 12,0 faizi MDB üzvü ölkələrinin, 47,3 faizi Avropa İttifaqı ölkələrinin, 40,7 faizi isə digər ölkələrin payına düşüb. 

İdxal olunmuş məhsulların həcminin 21,9 faizi MDB üzvü ölkələrinin, 31,2 faizi Avropa İttifaqı ölkələrinin, 46,9 faizi isə digər ölkələrin payına düşüb.

İxrac edilmiş məhsulların 4,4 faizi MDB üzvü ölkələrinə, 59,7 faizi Avropa İttifaqı ölkələrinə, 35,9 faizi isə digər ölkələrə göndərilib.

2015-ci ilin yanvar-noyabr aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrünün göstəricisini 3,6 faiz üstələyərək 1461,7 milyon dollar təşkil edib. 

1news.az

 

Paylaş:
856

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər