İran və sanksiyaların ləğvi: gücün oyanışı | 1news.az | Xəbərlər
Köşə

İran və sanksiyaların ləğvi: gücün oyanışı

09:05 - 21 / 01 / 2016
İran və sanksiyaların ləğvi: gücün oyanışı

Tehran 2015-ci ilin iyulunda Venada razılaşdırılmış İran nüvə proqramının qüvvəyə minməsi üçün bütün lazımi şərtəri yerinə yetirdi.

Bu haqda beynəlxalq ictimaiyyətə yanvarın 16-da Nüvə Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) bəyanat verib. Onun rəhbəri Yukiya Amani bildirib ki, İran nüvə proqramı üzrə bütün öhdəlikləri yerinə yetirib:

“Bundan sonra İran ilə MAQATE-nin münasibətləri yeni mərhələyə qədəm qoyacaq”.

2015-ci ilin iyulunda əldə olunmuş İran və “altılığ”ın birgə gəldiyi razılığa əsasən, İran üzərindən sanksiyalar nüvə proqramını sülh məqdəsilə və beynəlxalq nəzarətə imkan yaratdığı halda ləğv oluna bilər.   

Avropa diplomatiyasının rəhbəri Feredika Moqerini və İranın xarici işlər naziri Cavad Zərifin şənbə günü yenilənmiş birgə bəyanatına əsasən, bu, çətin problemlərin siyasi iradə, təmkin və çoxtərəfli diplomatiya vasitəsilə həyata keçirməyin bariz göstəricisidir.

İrana qarşı 2006-cı ildən bəri çoxsaylı sanksiyalar tətbiq olunub. Qərb hesab edirdi ki, bu mexanizmi işə salaraq İran rejiminə təzyiq göstərməklə nüvə proqramının bağlanmasına səbəb olacaq, lakin iqtisadi qadağaların bütün çətinliyi sıravi əhalinin çiyinlərinə düşdü.

Bu illər ərzində İran rialı sürətlə 80% ucuzlaşdı ki, bu da inflyasiya və işsizliyin sayının artmasına, eyni zamanda bir çox məhsulların qıtlığına səbəb oldu.

İrana qarşı sanksiyaların ləğv olunması ilə bağlı çoxdandır ki, gözlənilən xəbər ölkə əhalisi üçün müsbət olaraq qarşılandı. Lakin İslam respublikasının təcriddən çıxması və bu prosesin dünya bazarlarına, eləcə də enerji bazarlarına hansı riskləri gətirəcək?

Sanksiyalar ləğv olundu, lakin hamısı deyil

İran və beynəlxalq vasitəçilər olan “altılıq” arasındakı razılıq onu göstərir ki, Avropa Birliyi (AB) İran üzərindən nüvə proqramı ilə bağlı, eyni zamanda xam neftin alışına embarqonu, daha vacibi isə ticarət, gəmiçilik və sığorta üzrə bütün sanksiyaları ləğv edir. 

“Biz bu günü illərdir ki, gözləyirdik. Böyük dəyişikliklər gözlənilir. AB-nin sanksiya siyahısından həmçinin İranın 300 fiziki şəxs və şirkətləri də çıxarılacaq. İndiyə qədər biz, bu şirkətlərdən heç biri ilə biznes-əməliyyatları həyata keçirə bilmirdik, hətta çörək, peçenye belə sata bilmirdik”, - Bi-bi-ci Almaniya-İran Ticarət Palatasının direktoru Maykl Tokusun sözlərini sitat gətirir. 

Bundan əlavə, nəşrin məlumatına görə, sanksiyalar bir sıra sahələrdən: bank işi və sığorta, nüvə sahəsində əlbirliyi ilə bağlı İranın fiziki və hüquqi şəxsləri üzrərindən də götürüldü ki, onlar artıq AB ilə ticarət edə biləcəklər.  

Bununla yanaşı, terrorizmdə şübhəli bilinən və ya terrorizmdə əlbir olan şəxslər, məsələn, İranın İnqilab Keşikçiləri və bir sıra şəxslərin adı hələ də “qara siyahı”dadır.

РБК-nın Maliyyə Nazirliyinin Xarici ölkələrə nəzarət idarələrinə istinadla verdiyi xəbərə görə, yanvarın 16-dan etibarən ABŞ üçüncü ölkələrin İranla və ya İran şirkətləri ilə işbirliyinə qoyulan qadağa aradan qaldırıldı. Analoji qadağa Amerika şirkətləri ilə də bağlı xarici idarələrin üzərindən qaldırıldı.

İranla münasibətdə Amerika müəssisələrinin ticarət sahəsində qoyulan emabarqo hələ də fəaliyyətdədir. Düzü, bu, bir az yumşaldılıb: Vaşinqton İrana vətəndaş təyyarələrinin detallarını ixrac etməkdə və eləcə də İranın ərzaq və sənətkarlıq məhsullarının idxalına imkan verəcək.

Bu, İran üçün nə deməkdir?

Neftin hazırki qiymətilə enerji sanksiyalarının ləğvi onu göstərir ki, İran neft ehtiyatlarını gələn il üçün 10 milyard dollara yüksəldə bilər.

İran Mərkəzi Bankının məlumatına görə, banklardan sanksiyaların qaldırılması uzun illərdir dünya üzrə dondurulmuş xarici ehtiyatların qaytarılmasına imkan verəcək. Bu da ölkəyə 30 milyard dollar həcmində xeyir gətirəcək. ABŞ Mərkəzi Bankının hesablamalarına görə, bu rəqəm 50 milyard dollar təşkil edir.

Dünya Bankının qiymətləndirməsinə görə, şərq bankalarında 107 milyard dollara həbs qoyulub. Ümumilikdə İranın neftdən əldə etdiyi gəlirlərdən söhbət gedir. Sanksiyalar ləğv olunduqdan sonra İran 29 milyard dollar ehtiyatını dərhal əldə edə biləcək.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, sanksiyalar ləğv olunarsa İran ÜDM-in həcmi 2016-2017-ci illər üçün 5% artacaq.

İran hələ ötən il bəyan etmişdi ki, əgər sanksiyalar ləğv olunarsa dünya bazarlarına gün ərzində 500 min barel neft ixrac edəcək. 

İranın OPEK xətti üzrə nümayəndəsi Mehdi Əsalı şənbə günü bildirib ki, ölkə neft hasilatını məhdudlaşdırmayacaq və sanksiyadan əvvəlki mərhələyə qayıtmağı planlaşdırır – gün ərzində 2 milyon barel neft hasil etməyi. Hazırda İran əsasən Çin və Hindistan olmaqla gün ərzində 1 milyona yaxın neft ixrac edir.

Neft daha da ucuzlaşacaq?

Sanksiyaların ləğvindən sonra İran dünya bazarlarına nə qədər bacarırsa, daha doğrusu nə qədər təlabat yaranarsa neft ixrac edəcək, BBC qeyd edir.

Neftin qiymətlərinə gəlincə, İranın bu sahədə bir niyyəti olacaq ki, maksimum dərəcədə istehsalı artırmaq. Bu da neftin aşağı düşməsinə səbəb olacaq. Bazarda artıq kifayət qədər ucuz neft var. Neftin yeni həcmləri alıcılarından çox satıcılarının olmasına səbəb olacaq.

BBC-nin yaydığı məlumata görə, İran öz müştərilərini geri qaytarmaq məqsədilə neftin qiymətlərində endirim edəcək ki, bu da 11 ildən bəri ilk dəfə olaraq aşağı olan neftin qiymətini daha da ucuzlaşdıracaq.

İranın tam olaraq neft bazarlarına qayıtması onun əsas rəqibi olan Səudiyyə Ərəbistanını qiymət müharibəsinə sövq edəcək. Çünki Səudiyyə Ərəbistanı bazardakı payını qorumağa çalışacaq ki, bu da neftin qiymətinin daha da ucuzlaşmasına səbəb olacaq.

Lakin hamı İranın neft qiymətlərini yenidən müəyyənləşdirməsindən ehtyat etmir. Kiyev enerji strategiyası fondunun həmsədri Dmitriy Maruniç hesab edik ki, iranlılar praqmatik insanlardır və öz neftlərini aşağı qiymətə satmazlar, nəzərə alsaq ki, onlar indi dondurulmuş aktivlərə çıxış eldə edəcəklər.

“İrana qarşı sanksiyaların qismən ləğvi dünya bazarlarında panika effekti yarandığına görə qısa müddətlik neft qiymətlərinin düşməsinə səbəb olacaq, - Ekspert Online nəşrindən sitat gətirən Maruniç deyib ki, əlavə neft axınının bazardakı balansı nə dərəcədə pozacağından danışsaq deyə bilərik ki, 0.5 milyon barel bazar iştirakçıları tərəfindən artıq nəzərə alınıb.

Mövzu üzrə oxuyun:  

İlham Şaban: “Azərbaycanlıların Tehrandan aviareyslərlə Avropaya uçacağı zaman uzaq deyil...” London birjasında Brent markalı neftin qiyməti 18 yanvar tarixində 28 dollardan aşağı düşüb və 27.72 dollar təşkil edib. Lakin daha sonra yenidən 1 barel – 28.39 dollara qalxıb. Ekspertlərin fikrincə neft qiymətinin düşməsinə səbəb İran üzərindən sanksiyaların qaldırılması və neft ehtiyatlarının artıq olması ilə bağlıdır.

Aydındır ki, Səudiyyə Ərəbistanı və İran körfəzinin digər ölkələri Tehranla nüvə razılaşmasına güvənsiz yanaşırlar. Bunu Berlin elm və siyasıt fondunun eksperti Oliver Mayer qeyd edib. İran körfəzi və İsraildən olan tənqidçilərin fikrincə, İran ya müqaviləni pozacaq, ya da 15 ildən sonra yoxlamalar bitəcəyini gözləyərək daqha sonra yenidən nüvə qurğularından müxtəlif məqsədlərlə, o cümlədən, hərbi məqsədlə istifadəyə başlayacaq.

“Yalnız ona ümid etmək olar ki, bu güvənsizlik müqavilənin uğurlu reallaşdırılması ilə aradan qalxacaq. Anlamaq lazımdır ki, İranın iqtisadi problemləri sanksiyalar götürülən kimi aradan qalxmayacaq. Neft hasilatının yüksəlməsi üçün infrastrukturun hazırlanması illərlə davam edəcək”, - deyə , Mayer “Deutsche Welle” yə müsahibəsində söyləyib.

Bank sferası- əsas problem

İranla gələcəkdə ticarət əlaqələrinin qurulmasında ölkənin bank sektoru müəyyən çətinlik yarada bilər. İran yenidən qlobal maliyyə sisteminə cəlb olunsa da, İranla biznesə neçə bankın qoşulacağı məlum deyil.

“Almaniyanın böyük banklarında deyildiyi kimi, “razılaşmanın reallaşacağı günü” və sonra daha 12 ay gözləmək lazımdır. Yalnız bundan sonra İranla biznes haqqında danışmaq mümkündür”, - deyə, Almaniya- İran ticarət-sənaye palatasının  icraçı direktoru Maykl Tokus bildirib.

ABŞ maliyyə və hüquq orqanları onlarla Avropa banklarını İran, Sudan və Kubaya qarşı sanksiyalara əməl etmədiklərinə görə cərimə edib. Son 10 il ərzində banklar bununla əlaqədar 14 milyard dollar cərimə ödəyib. Bircə Fransa bankı  BNP Paribasın buna görə ödədiyi cərimə 9 milyard dollar təşkil edir.

“İri banklar müəyyən müddət kənarda dayanıb məsələnin aydınlaşmasını gözləyəcək. Düşünürəm ki, iranlılara qərb şirkətləri ilə maliyyə əlaqələrini bərpa etmək düşündüklərindən daha çətin başa gələcək”, - deyə “The Wall Street Journal”a ABŞ Maliyyə Nazirliyinin keçmiş məmuru Riçard Nefyu bildirib.

Hüquqi qeyri- dəqiqilik və korrupsiya

Bəzi hüquqi çətinliklər də vardır: ABŞ hələ ki, “ikinci dərəcəli sanksiyaları” aradan qaldırır- onlar qeyri-amerika şirkətləri, yaxud fiziki şəxslərin İranla bağlı fəaliyyətini məhdudlaşdırırdı. Lakin “birinci dərəcəli sanksiyalar” hələ də amerika vətəndaşları və şirkətlərinə İranla biznes əlaqələrin qurulmasına qadağa qoyulur.

İranla razılaşma mətnində bildirilir ki, amerika şirkətlərinə İranla biznesə icazə verilir, lakin bu “birinci dərəcəli sanksiyaıara ziddir. BBC-nin məlumatına görə bir çox şirkətlər və hüquqşünaslar ABŞ maliyyə nazirliyinin daha dəqiq parametrlərin verilməsini gözləyir. 

Lakin hüquqi çətinliklər yalnız Qərb tərəfi ilə bağlı deyil. İrana kosmetika ixracı çox asan görünə bilər. Bu ölkənin hüquqi tənzimləmələrindən baş açmaq “ minalı sahədə gəzmək kimidir”.

Konservatorlar sırasına daxil olan İran parlamenti üzvünün qeyd etdiyi kimi korrupsiya burada epidemiya xarakteri daşıyır. Bəzər əlavə ödəmələr olmadan idxal üçün icazə almaq çərin olur, halbuki bir çox müəssisələr, o cümlədən, britaniyadakılar Korrupsiya Aktına əməl edir.

Bu gün sevinc hissi olsa da, qarşıda sürprizlər və xəyal qırıqlığı ola bilər”,- Tehranın mühəndislik şirkətlərindən birinin direktoru deyib,- Çoxları anlayır ki, sanksiyalar yalnız problemin bir hissəsi idi”.

 “National Iranian Oil”un rəhbəri Röknəddin Cavadi hesab edir ki, yeni neft müqavilələrinin imzalanması üçün plkəyə 9 ay gərəkdir. İran tərəfi amerikanın hələ də saxlanılan sanksiyalarının dünya bazarında İran banklarına hansı problemləri yarada biləcəyini araşdırır. Bu problem aradan qalxan kimi neftin istehsalı və ixracı artacaq”,- deyə o,  WSJ-yə müsahibəsində bildirib.

İranlı siyasətçilərin amerika təhsili

Maraqlı faktlardan biri də odur ki, İran prezidenti Həsən Ruhaninin komandasının əksər üzvləri aparıcı Amerika Universitetlərində təhsil alıb. Məhz onun hakimiyyəti dövründə nüvə proqramı ilə əlaqədar danışıqlarda irəliləyiş mümkün olub.

Economist nəşrinin qeyd etdiyi kimi İran prezidenti kabinetində amerika universitetlərinin məzunları, ABŞ prezidenti kabinetində olanlardan daha çoxdur.  Bununla hazırkı İran prezidenti öz sələfi Mahmud Əhmədinejatdan fərqlənir. Həsən Ruhani özü isə Şotlandiyanın Qlazqo Universitetində magist və doktor elmi dərəcələrini alıb.

İranla Qərb dünyası arasında münasibətlrin necə olacağını proqnozlaşdırmaq çətindir, lakin yuxarıda səsləndirilən bütün faktları nəzərə alaraq söyləmək olar ki, İran son illər  onun ətrafında yaranan “sürgün” imicindən tezliklə uzaqlaşıb dünya ictimaiyyətinə qaynayıb-qarışmağa çalışacaq.

İndi dəbdə olan hollivud bokbasterləri ilə pararlel aparsaq deyə bilərik ki, biz indi “gücün oyanması”nı müşahidə edə bilərik. Bu güc heç şübhəsiz Yayıb Şərqdə yeni dünya düzəni formalaşdırmağa cəhd etməklə yanaşı,  yeni formalaşan beynəlxalq münasibətlər sisteminə daxil olmağa çalışır. Burada ayırıcı xətt yenə də, ABŞ və Rusiya arasından keçir, Uzaq Şərqdə isə Çin başda olmaqla güclü oyunçular yaranır.

1news.az

Paylaş:
2637

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər