Bakıda yerləşən məşhur restoranda yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yerləşən məşhur restoranda yanğın olub

09:17 - 21 / 01 / 2016
Bakıda yerləşən məşhur restoranda yanğın olub

Bakıda yerləşən məşhur restoranlardan birində yanğın olub.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 220 kv.m olan "ANADOLU" restoranının mətbəxinin tüstü borusunun  şüşə pambıqdan ibarət üzlüyü 2 p.m yanıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb və restoran yanğından mühafizə olunub.

1news.az

Paylaş:
563

Son xəbərlər

Bütün xəbərlər