Tovuzda quldurluq edən şəxslər tutulublar | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda quldurluq edən şəxslər tutulublar

11:14 - 21 / 01 / 2016
Tovuzda quldurluq edən şəxslər tutulublar

Tovuzda quldurluq edən şəxslər polis tərəfindən saxlanılıb.

1news.az-ın məlumatına görə, yanvarın 17-də Tovuz rayonunda yerləşən Qovlar dəmir yolu stansiyasında şəxsiyyəti məlum olmayan şəxslər, Hacıqabul rayon sakini Şirinbala Əliyevə zor tətbiq edərək 227 manatını və mobil telefonunu alıb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakinləri Valeh Qafarov və Elşən Alıyev tutulublar.

1news.az

Paylaş:
537

Son xəbərlər

Bütün xəbərlər