“Donuz qripi” ilə bağlı dəmir yolunda sanitaroya işləri gücləndirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Donuz qripi” ilə bağlı dəmir yolunda sanitaroya işləri gücləndirilib

22:18 - 22 / 01 / 2016
“Donuz qripi” ilə bağlı dəmir yolunda sanitaroya işləri gücləndirilib

Son günlər Azərbaycanla həmsərhəd olan ölkələrdə “donuz qripi”nin (A/H1N1 virusunun) aşkarlanması ilə əlaqədar  ölkəmizdə bu virusa qarşı profilaktik tədbirlər aparılır.  

1news.az-ın məlumatına görə, dəmir yolu nəqliyyatı insanların kütləvi istifadə etdiyi  nəqliyyat növü olduğundan sanitariya işləri burada daha intensiv aparılır.

Bunula bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən Tədbirlər Proqramı hazırlanıb, qabaqlayıcı tədbirlər görülür.  Tədbirlər Proqramına əsasən, sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır.

Bundan başqa, şübhəli xəstələrin müvəqqəti saxlanması üçün xüsusi palatalar ayrılıb, tibbi personalın fərdi  qoruyucu vasitələrlə  təmin edilməsi həyata keçirilir, dəmir yolu ərazisində donuz qripi xəstəliyinə qarşı profilaktik və əksepidemik tədbirlərin həyat keçirilməsi məqsədi ilə dərman və vaksinlərin, dezinfeksiyaedici  preparatların, fərdi qoruyucu vasitələrin ehtiyatı yaradılır.

Artıq ölkədaxili hərəkət edən qatarlarda lazımi tədbirlər görülür. Həmçinin sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimə keçib.Sərnişin qatarlarında çalışan briqadalar arasında yolboyu A(H1N1) virusunun yoluxduğu şübhəli bilinən xəstələr olduqda hansı tədbirlərin görülməsi barədə təlimatlar aparılır.

Yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyenanın gözlənilməsinin vacibliyi barədə sərnişinlər və dəmiryolçular arasında maarifləndirmə işi, qatar heyətlərinin tibbi-sanitar bilikləri artırılması istiqamətində işlər gücləndirilib. Şübhəli xəstələr barədə məlumatlar dərhal Həkim-Sanitar Xidmətinə təqdim olunacaq. Sərnişin qatarlarının epidemiya əlehinə hazırlığın vəziyyəti  nəzarətdə saxlanılır.

Eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC-nin Sanitar-Karantin Müfəttişliyində “Qaynar xətt” (499-48-28, 499-60-25) yaradılıb. Sərnişin qatarlarında, vağzallarda, sərhəd-keçid məntəqələrində  şübhəli hallar barəsində dərhal qaynar xəttə məlumatlar daxil olacaq.

1news.az

 

Paylaş:
678

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər