Nardaranda "Bilik evi" yaradılacaq
Bakının Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun filialı açılacaq.
1news.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev deyib. Onu sözlərinə görə, Nardaran camaatı ilə söhbətlər aparılacaq, onların multikultural əhvalı, dinə, dövlətə münasibəti istiqamətində bir çox iş görüləcək.
“Nardaran sakinləri buna mənən hazırdır. Nardaranda, Bakının digər kəndlərində çox ağıllı ziyalılarımız olub, indi də var. Bizim əsas dayaq nöqtəmiz o insanlar olacaq. Azərbaycan dövlətçiliyini qəbul edən və dəstəkləyən insanlar. Nardaran camaatı bu insanların önündə getməyə hazır olan insanlardır”- deyə, K.Abdullayev qeyd edib.
1news.az