ANS-in "Hesabat" verilişi ilə bağlı qərarın icrası müvəqqəti dayandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ANS-in "Hesabat" verilişi ilə bağlı qərarın icrası müvəqqəti dayandırılıb

14:10 - 23 / 01 / 2016
ANS-in "Hesabat" verilişi ilə bağlı qərarın icrası müvəqqəti dayandırılıb

""Hesabat" verilişi ilə bağlı qəbul edilən qərarın icrasını müvəqqəti dayandırırıq”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyası tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ANS telekanalının səmimi etirafları nəzərə alınaraq bu addım atılıb.

Xatırladaq ki, MTRŞ yanvarın 22-də ANS-in "Hesabat" proqramının yayımının 1 ay müddətində dayandırılması barədə qərar qəbul edib.

Paylaş:
680

Son xəbərlər

Bütün xəbərlər